Ey mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..

Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.

Bu günkü kimi yadımdadır: Evimizdə həm toy, həm də bayram hazırlığı gedirdi. Belə şən, bəxtiyar bir zamanda mən səni bir çox masa içərisindən bəyənərək mağazadan öz otağıma gətirdim. O zaman sən mahir bir ustad, gözəl bir sənətkar əlindən çıxmış təzə, gözəl bir masa, mən də ədəbi həyata yenicə atılmış gənc bir şair idim. O gündən ulduzumuz barışdı, hər ikimiz səmimi dost kimi yaşadıq. Mən bütün kədərlərimi, sevinclərimi sənə açaraq, bir dost kimi səninlə bölüşdüm. sən mənim bütün ədəbi əsrarımın xəzinəsi və səmimi sirdaşımsan! Bu dostluğumuzun qırx illik uzun bir tarixi var. Bu uzun zaman içərisində əlimdə qələm səninlə baş-başa verib hər əsər üzərində nə böyük həvəs, sönməz eşqlə çalışdığımı sən gözəl bilirsən. sənətə olan eşqim qəlbimə qüvvət, qələmimə sürət, dimağıma hərarət verirdi. Hər əsər üzərində yorulmadan çalışırdım.

Ey köhnə dostum, yaradıcılığımın məhsulu olan bütün elmi, ədəbi, ictimai əsərlərimi sənin üzərində yaratdım. Hər əsərimi bitirdiyim zaman o coşqun, daşqın sevinclərim sənə əks etməyə bilməzdi. Yazıb yaratdıqlarımda sənə, qəlbimin, dimağımın dilmancı olan qələmimə minnətdaram.

Ey köhnə drstum, hər zaman səninlə tez-tez görüşdüyüm halda son zamanlar bir az gec-gec görüşürük, “Sədaqətsiz” – deyə bunu mənə nöqsan tutma! Çünki, bu hal dostluqdan asılı olmayan başqa səbəblərdən irəli gəlir. O səbəb: uzun bir zamanın vücuduma saldığı rəxnə. əzamda törətdiyi iğtişaşdır. Sənin qırx illik ömrün varsa, mən səndən daha yaşlıyam. Qocalıq üstümü almış, bir-birini təqib edən illər, zamanlar gözümün nurunu, qəlbimin hərarətini, vücudumun qüvvətini azaltmış olduğundan çalışmaq iqtidarım zəifləmişdir. Odur ki, səninlə gec-gec görüşməyə məcburam.

Əziz dostum, görürəm qırx illik uzun həyat səni də qocaltmış, əvvəlki təzəlik, gözəllik, təravət sönmüş, üzərinə uzun zamanın hisli, paslı tozları qonmuş, zaman səni də mənim kimi qocaltmışdır. Sən nə qədər qocalsan, yenə də mənim sevimli masam, köhnə dostumsan.

Bir zaman evimizə yeni masa alınmışdı. Onu mənə vermək və məni səndən yırmaq istədilər. “Yox, mən öz köhnə dostumdan ayrılmaram” – deyə rədd etdim.

Mən vücudca qocalsam da qəlbim gəncdir. Şair qəlbi qocalmaz! Bu gün qocaları gənclərdən kim ayıra bilər! Mənim qəlbimdə sənət eşqi hələ sönməmişdir, hələ bundan sonra səninlə yenə baş-başa verib mühitimdən aldığım qüvvət, eşqimdən aldığım hərarətlə yeni əsərlər yaratmaq ən böyük əməlimdir. Qırx ildir bərabər çalışırıq. Kim bilir, daha nə qədər zaman birlikdə çalışacağıq. Hər halda son əsərimi də sənin, ancaq sənin üzərində yazmağa söz verirəm. Sən mənim köhnə dostumsan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beşinci pərdə

İkinci şəkilSəhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli*

19419 мин
I

Üçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.

19354 мин
II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

19351 мин
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

19352 мин

Стихи других поэтов