İkinci şəkil

Səhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli
oturub Elmanın yolunu gözləyir.

Dünyagözəli. Uf, Elman, Elman!..

Sünbülə dən düşəndə,

Çöllərə çən düşəndə,

Ağlım başımdan oynar,

Yadıma sən düşəndə.

Lələş (əlində saz gəlir). Gözəl!..

Dünyagözəli. Sənsənmi, Lələş?!

Lələş. Mənəm, Gözəl, mənəm!

Dünyagözəli. Elmandan nə xəbər?

Lələş. Bir xəbər yoxdur.

Dünyagözəli. Divlərdən soruşmadınmı?

Lələş. Soruşdum, deyirlər, boz çöllərdə əsirdir.

Dünyagözəli. Bu tilsim və əzablara ancaq o dözə bilər.

Lələş. Gözəl, eşitdinmi?.. Quzğun şahın pəhləvanı Şahmar ilə vuruşda mən olmasaydım, Elmanı öldürmüşdü... Oxu yaya qoyub Elmanı vurmaq istəyirdi ki, arxadan qollarını elə bərk sıxdım ki, yay, ox əlindən yerə düşdü. Elman fürsət tapıb qılıncı başında endirincə qan göyə fəvvarə elədi. Ancaq, bura bax, a... Gözəl, divlər xəbər tutmasın.

Dünyagözəli. İgid olduğunu çoxdan bilirəm.

Lələş. Sən bir dayan, Elman gəlsə, gör burada nə meydan açacağam!

Dünyagözəli. O gün olsun, Lələş!

Lələş. Qoy bir az çalım, oxuyum, ürəyin açılsın.

Dünyagözəli. Sən nə zamandan çalğıçı oldun?

Lələş. Neyləyim, məni divlər birdən yaxalayanda: “Ey, sən kimsən?” deyib soruşdular. Çarəm kəsilib, çalğıçıyam dedim. Əlimdə silahım olsaydı, mən bilərdim onlara neylərdim. Məni çəkə-çəkə gətirib: “Çal, Gözəlin ürəyi açılsın” dedilər.

Dünyagözəli. Mənim könlümü heç bir çalğı aça bilməz.

Lələş. Eh, görünür mənim çalıb-oxumağımdan sənin xəbərin yoxdur. Gözəl, səsim olduğunu mən özüm də heç bilmirdim. Mən çalıb oxuyanda şadlığından divlərin başı fırlanır. Quzğun şah təxt üstündə çırtıq çalıb oynayır.

Dünyagözəli. Mənim çırtıq çalmağa halım yoxdur, qalx, get!..

Lələş. Get deyirsən, gedərəm, ancaq səndən soruşsalar, çalıb, oxudu de.

Lələş gedir, Dünyagözəli əsəbi hallar keçirir.

Dünyagözəli. Uğurlu zamanlar nə tez dolandı.

Ah, Elman, yoluna daşmı qalandı?

Başında yoxsa bir fəlakətmi var?

Yolunda dustağam, gəl məni qurtar!

(Bir az düşündükdən, ah-nalə qopardıqdan sonra)

Yaxdı məni qar, boran

Günəşli yaz gəlincə.

Qalmayacaq məndə can

Taleyim saz gəlincə.

Ey dan yeli, ey səhər,

Elmanımdan nə xəbər?

Kim Gözəli müjdələr,

Göllərə qaz gəlincə?

Xəbər apar o yara:

Gözəl çəkilmiş dara.

Tez göstərsin bir çara

Çatar, çatmaz gəlincə.

Quzğunşah gəlib Dünya gözəlinə yanaşır.

Quzğunşah.

Xoş gördük, xoş gördük, sevimli dilbər.

Neçin gül üzündə oynayır kədər?

Onumu anırsan, nədir bu sükut?

Boş yerə üzülmə, Elmanı unut!

O çoxdan məhv oldu divlər əlində,

Qaranlıq dünyanın zülmətlərində

Ömrünün bağçası saraldı, soldu,

Al çiçəklərini yel, boran yoldu.

Ey canlı çiçək,

Elmandan əl çək!

Bu baxış, duruş

Nə qədər göyçək!..

Dünya gözəlinin əlindən tutmaq istəyir, Gözəl əlini çəkir.

Dünyagözəli.

Çəkil, çəkil, heç zaman,

Məni dardan da assan,

Nə qədər ki, canım var,

Qəlbimdən çıxmaz Elman!

Quzğunşah.

Parlayan bəxtinə bunca satma naz,

Məzara girən bir ölü qayıtmaz!

Gəl büllur sarayda quraq şən həyat,

Varım, şövkətimlə bir aləm yarat.

Ey canlı çiçək,

Elmandan əl çək!

O baxış, duruş

Nə qədər göyçək!

Əlindən yenə tutmaq istəyir, Dünya gözəli əlini çəkir.

Dünyagözəli. Nə yalmanırsan yenə,

Çəkil, əl vurma mənə!

Dünya alt-üst olsa da,

Könül vermərəm sənə.

Quzğun şah acıqlı ayağını yerə döyür.

Quzğunşah. Hazır ol, hazır ol, İfritə cadu,

Mənim fərmanıma baş əyməyir bu.

Padişah əmrinə riza gərəkdir.

Əmrimdən çıxana cəza gərəkdir!

(Əlindəki qamçı ilə Gözəli vurur)

İfritə cadudan neçin yox xəbər?

Yoxsa məhv olmuşdur sevimli dilbər?

Quzğun şah təşviş içindədir. Vəzir gəlir.

Quzğunşah (vəzirə). Vəzir, İfritə cadudan mənə bir xəbər! Yoxsa başında fəlakət var?

Vəzir. Qorxma padşah, onun biliyi qarşısında bütün dünya əsirdir. Düşmənə o, başdan-başa bir fəlakətdir. Ona kim fəlakət aça bilər!

Quzğunşah. Yox, ürəyim heç sakit deyil!

Vəzir. Bu qara xülyaya şahanə qəlbinizlə yol verməyin!.. Elman yel olsa, onun tozuna da çata bilməz. Kim bilir, bu vaxta qədər Elman yeddi kəfən çürütmüşdür.

Quzğunşah. Elə isə bu hardadır? Nə qədər çağırıram, bir xəbər yoxdur.

Vəzir. Yəqin başı kef-işrət məclislərinə qarışmış. Sən düşünmə. (Ayağını yerə vurur) Şimşad, Şimşad!..

Yer yarılır, Şimşad hazır olur, şaha baş əyir.

Şimşad. Əmriniz, şahim!

Quzğunşah. Durma, İfritə cadudan mənə bir xəbər gətir!

Vəzir. Tez!

Şimşad yerə çəkilir, vəzir əllərini bir-birinə vurur, baş xidmətçi
hazır olur.

Xidmətçi. Əmriniz?

Vəzir. Tez məclis qurulsun, Əyyarı və Lələşi çağırın!

Quzğunşah. Mənim dilbər qurbağamı da unutmayın!..

Vəzir ilə Quzğun şah bir tərəfə çəkilir, dünya Gözəli fürsətdən istifadə edərək gedir.
Quzğun şah taxtında oturur. Lələş və Əyyar gəlir, qurbağanı da gətirib şahın yanında
qoyurlar. Şah qurbağanı oxşayır. Divlər səf çəkirlər.

Vəzir (Əyyara). Başla görək!

Əyyar ortalığa atılır, saz ilə çalıb oxuyur.

Əyyar. Siz tülkü, mən aslanam,

Adlı-sanlı qəhrəmanam.

Divlər. Siz tülkü, mən bir aslanam,

Adlı-sanlı qəhrəmanım.

Əyyar. Bir meşədə yüz min qarğa

Qonmuş olsa bir budağa,

Kiçik bir daş atsam, inan,

Qulaq batan bağırtıdan,

Göy üzünü tutar qarğa.

Qəmə, yasa batar qarğa.

Siz tülkü, mən bir aslanam,

Adlı sanlı qəhrəmanam

Divlər. Siz tülkü, mən bir aslanam,

Adlı-sanlı qəhrəmanam.

Əyyar. Bu çöllərdə gəzərkən mən

Keçsəm bir göl sahilindən,

Görsə məni qurbağalar,

Qorxusundan bağrı partlar;

Özlərini atar gölə,

Mən baxaram gülə-gülə.

Siz tülkü, mən bir aslanam...

Lələş. Ey aslan, dayan, sən şahın sevimli qurbağasını təhqir edirsən.

Vəzir. Doğru deyir.

Quzğunşah. Doğru deyir. (Əli ilə Qurbağanı oxşayaraq) Sən mənim bu gözəl, bu nazlı, bu dilbər qurbağamı təhqir edirsən. Sus, axmaq! Alın onu zindana!..

Bir div onu aparır.

Vəzir. Lələş, indi sən məharətini göstər, şahın könlü açılsın.

Quzğunşah (birdən ətrafa baxaraq). Hanı Dünya gözəli? O hara getdi? Tez gətirin!

Vəzir (xidmətçiyə). Tez, tez!..

Quzğunşah. Qoy gəlsin, mənim calal və şövkətimi görsün, bəlkə yola gəlsin.

Vəzir. Doğrudur, doğrudur. Qoy gəlsin, bu calal və şövkətini görsün, inad və qüruru qırılsın...

Lələş sazını cingildədib çalmaq istərkən.

Quzğunşah. Dayan, qoy Dünya gözəli gəlsin...

Dünyagözəlini qolundan tutub gətirirlər. Şah Lələşə işarə edir, Lələş çalıb
oxuyur.

Lələş. Meşələrdə ağacdələn taqqıldadır: taq-taq!..

Divlər. Taq-taq!..

Lələş. Gölməçədə qurbağalar vaqqıldaşır: vaq-vaq!..

Divlər. Vaq-vaq!..

Quzğunşah (qurbağanın başını oxşayır). Vaq, vaq!..

Lələş. Bülbüllər gəlir səsə,

Deyir: – Qurban bu səsə!

Vəzir. Sağ ol, Lələş, sağ ol!

Lələş. Sürü-sürü aslanlar bu çöllərdən keçirkən,

Gölün sərin suyundan əyilərək içərkən.

Bir qurbağa edər: vaq!

Divlər. Bir qurbağa edər vaq!

Lələş. Aslanlar ürkər bayaq.

Üz qoyarlar qaçmağa,

Mən çəkərəm qah-qaha.

Quzğunşah. Yaşa, Lələş, yaşa!

Lələş. Susuz, geniş səhralardan keçərkən fil karvanı,

Göl yanında birdən görür qəhrəman qurbağanı.

O qəhrəman qurbağa...

Divlər. O qəhrəman qurbağa.

Lələş. Birdən başlar vaq-vağa,

Birdən başlar vaq-vağa.

Divlər. Bu nərədən ürkərək

Fillər əsər yarpaq tək;

Lələş. Üz qoyarlar qaçmağa...

Şahdır haman qurbağa...

Gülüşürlər.

Divlər. Şahdır haman qurbağa...

Divlər başlarını Lələşə tərəf uzadıb, onun sözünü təkrar edirkən, Şimşad
Lələşin ayaqları altından çıxır, Lələş qorxusundan sıçrayıb bağırır.

Lələş. Vay!..

Quzğunşah. Şimşad, söylə nə var?

Şimşad. Şahim, nə söyləyim? Fəlakət başdan aşmışdır.

Quzğunşah. Yoxsa mənim ruhi-rəvanım, vicdanım İfritə cadunun başında bir fəlakət var?

Şimşad. Kaş dilim lal olaydı, bu qara xəbəri sizə söyləyə bilməyəydim.

Quzğunşah. Tez söylə, yoxsa İfritə cadu ölmüşdür?

Şimşad. Şahim, ömrünü sizə bağışlamışdır

Quzğunşah. Ah!..

Vəzir. Uf!..

Quzğunşah. Fəlakət!.. Qırıldı qolum, qanadım, daşa dəydi muradım, durma söylə, o ağıl, o bilik mədəni olan İfritəni kim öldürdü?

Şimşad. Dəmirçi oğlu Elman!..

Dünyagözəli. Elman!..

Quzğunşah. Yenə Elman! O hələ sağdır?

Dərin sükut.

Dünyagözəli. Elman, Elman, qoluna, gücünə min qüvvət!

Uzaqdan səs eşidilir.

Quzğunşah. Bu nə səs-küydür? (Həyəcanla qulaq asır)

Vəzir. Qorxma şahim, bütün yollar, qalalar, keçidlər, dəmir qapılar tilsimə tutulmuşdur. Elman əjdaha olsa belə, bu əngəllərdən keçə bilməz.

Şimşad. Görünür tilsimləri qırıb gəlir.

Quzğunşah. Dayanma, Şimşad! Bütün biliyini, bütün qüvvətini göstər, onu öldürməmiş qayıtma!

Şimşad gedir.

Dünyagözəli. Ey uca göylərdən aydınlıq saçan,

Kömək ol Elmana, xaindir düşman.

Burda mən, orda el çəkir intizar,

Düşmən hiyləsindən sən onu qurtar!

Quzğun şah cibindən bir qutu çıxarır, Dünyagözəlinin üstünə toz səpir,
Gözəl bihuş olur. Onu bir tərəfdə uzadırlar. Uzaqdan səslər gəlir.

Səslər. El eşqinə, Gözəl eşqinə, hüsndə bibədəl eşqinə!

Qarışıqlıq, həyəcan. Şimşad qaça-qaça qorxulu halda içəri girir.

Şimşad. Elman bütün tilsimləri qırıb gəlir.

Quzğunşah. Alçaq!.. Xain!.. Bəs sənin sehrin, biliyin nə oldu?

Şimşad. Şahim, Elman sehrə, caduya dönmüş, ona heç bir şey təsir etməyir.

Quzğunşah. Ah, fəlakət!..

Elman, Tuğan, Aslan və xalq nümayəndələri əllərinə qılınc saraya
girir. Elman Şimşada hücum edir.

Elman. Qaçma qarşımdan!

Onu vurub öldürür, divlərdə həyəcan.

Divlər. Vay!..

Tuğan. El eşqinə!

Aslan. Vətən eşqinə!

Elman. Gözəl eşqinə!

Quzğunşah. İgidlər, durmayın!

Tuğan, Aslan və xalq divlərə hücum edir, Elman Quzğun şahı öldürür, divlər qaçır,
ara sakitləşdi, Lələş yaralı bir divin qolundan tutub çəkə-çəkə:

Lələş. Çəkilin, çəkilin!.. Özüm öldürəcəyəm.

Hamı gülüşür.

Hamı. Lələş! Sən də burdasan?

Lələş. Xoş gəldiniz... Çəkilin, özüm öldürəcəyəm.

Elman. Bu ölmüşün nəyini öldürürsən?

Lələş. Bayaqdan otuzunu öldürmüşəm.

Tuğan. Qoçaqsan, bilirəm öldürərsən...

Elman (Birdən Dünya gözəlini görüb ona tərəf qaçır). Gözəl! Gözəl! (Əli ilə tərpədir)

Hamı (oxuyur).

El gözəli, oyan, oyan!

Qara yerdə yatır düşman.

El də gəlmiş ayağına,

Artıq dəyişmişdir zaman.

Yenə doğma ellər gülür,

Köhnə, yeni döllər gülür.

Baxdıqca gül camalına

Dağlar, bağlar, çöllər gülür.

Sən bu xalqın sevincisən.

Gözəllikdə birincisən.

Bu dünyanın saf qoynunda

Ən dəyərli bir incisən.

Elman gövhəri Dünyagözəlinin ağzına tutur. O, gözlərini açır,
heyrətlə ətrafa baxır.

Elman. Gözəl!

Dünyagözəli. Elman!.. (Həyəcanla qollarını açır, igidləri görüb, məhcub bir tövr ilə gözlərini yerə dikərək) Ah, mən hardayam?..

Tuğan. El qəhrəmanı Elmanla, xalqınla bir yerdə...

Dünyagözəli. Nə böyük səadət!..

Günəş şəfəqləri kimi bir işıq birdən-birə sarayı bürüyür. Hamı heyrətlə o tərəf-bu
tərəfə baxıb günəşin haradan doğduğunu öyrənmək istəyir.

Aslan. Bu günəş hardan doğdu?..

Bilici görünür.

Elman (sevincək). Bilici baba gəlir, bilici baba gəlir...

Hamı ona baş əyir.

Hamı. Uğurlar olsun baba can!..

Bilici. Uğurlar olsun, balalarım!.. (Hamını süzərək) Bəh, bəh!.. Nə gözəl məclisdir!.. İnsan baxdıqca fərəhlənir. Dumanlı, fırtınalı günlərdən sonra günəşli səhər nə qədər dadlı imiş!..

Hamı. Təşəkkür, baba can!.. Sənə bizdən min-min təşəkkür!..

Bilici Dünya gözəlinə yanaşır, əli ilə onun başını oxşadıqdan
sonra Elmana:

Bilici. Yaşa, xalqımızın namuslu, qəhrəman oğlu!..

Elman. Baba can, Gözəlimi düşmən pəncəsindən sən verdiyin bilik gövhəri ilə qurtardım... Sağ ol, baba can! Sənə bizdən min təşəkkür!..

Hamı. Yaşasın Bilici baba!..

Bilici. Dəmir döyülməsə, bərkiməz!.. Bu sözümü unutmayın... hər zəfər və səadətin açarı bilikdir!.. Qılınc açmayanı, bilik açar...

Hamı. Yaşasın bilik!.. Yaşasın Bilici baba!..

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beşinci fəsil

Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.

190923 мин
Altıncı fəsil

Zəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?

190910 мин
Yeddinci fəsil

Əşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.

190924 мин
Səkkizinci fəsil

Yay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.

190917 мин

Стихи других поэтов