Meşədə tülkü axtarırdı şikar,Qızmış aslana birdən oldu düçar.Salladı zorba, tüklü quyruğunu,Yalmanıb hiylə ilə öydü onu:– Tanıyıram, – dedi, – ata-ananı,Əslini, nəslini, ulu babanı.Atana mən çox etmişəm xidmət,Bəsləyirdim ona böyük hörmət.Bu sayaq o, dilə tutub şiri,Ürəyində tökürdü tədbiri.Gəldilər bir uca dağın başına,İstəyirdi zəhər qata aşına.Tülkü həsrətlə çəkdi bir neçə ah,Dedi: – Məhrum atan sənin, ey şah,Ayağını vurardı torpağa,Atılardı bu dağdan o dağa.Hanı bu şirlərdə o cürət,O hünər, o qoçaqlıq, o qeyrət!Eşidib şir bunu qəzəbləndi,Tülküyə əyri baxdı, hirsləndi.Ayağını vurub dağa o zaman.Tez atıldı qürur ilə aslan.Dərəyə baş-ayaq yuvarlandı,Tülkünün hiyləsinə aldandı.Qırılıb qol-qabırğası, ölü təkDüşdü bir yanda; dərdli inləyərək,Çağırırdı o, tülkünü köməyə.Endi tülkü yavaş-yavaş dərəyə.Dedi şirə ki: – Səndə yox cürət,Nə hünər, nə qoçaqlıq, nə qeyrət.Heç yaraşmır bu aslan adı sənə.Vurdu şirə acı-acı tənə:– Nə deyirsən de, gəlmişəm köməyə.Quyruğun saldı ağzına yeməyə.Dedi aslan ona: – Sən, ey əyyar!Gəl başımdan ye, gör nə ləzzəti var!Dedi tülkü: – Tələsmə, ey nadan,Quyruğundan yeyə-yeyə əlan,Başına da yavaş-yavaş çataram,Qan içən kəllənə zəhər qataram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов