Yormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.Qarşımda mücəssəm duruyordu səfi ovham,Qəlbim kimi küskün görünürdü bütün əşya.

Fikrim kimi sevdalar içimdə uyuyordu,Qəsvətlə cahan dalmış idi səmt, sükunə.Baxdıqca o səhnə mənə dəhşət veriyordu,Varmışdı bu vulkanlı dənizlər də cünunə.

Nifrətlə çevirdim üzümü göylərə nagah,Cəlb etdi mənim ruhumu tez seyri-kəvakib.Minlərcə səmadə uçuşurlardı o dəm, gahTitrər kimi birdən sönərək olmada qaib.

Ulduzlar içində gözümə dəydi bir əxtər,Məftun olaraq sevdim onu, heyrətə daldım.Aydan daha parlaq, daha incə, daha dilbər.Fərsiz gözümü dikdim ona, həm baxa qaldım.

Zülmət gecələrdə saçaraq nurini, sansızAzmışlara hey göstərir o doğru siratı.Dinlə məni, ol rəhbərim, ey sevgili ulduz,Olmazmı mənə göstərəsən rahi-nicatı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви