Страница 1 из 2

Beşinci şəkil

Səhnə Nüşabənin sarayının bağça tərəfində olan geniş eyvanı təsvir edir. Nüşabə,
Almaz, Mərcanvəbaşqapəhləvanqızlar, əllərində süngü, miz-
raq, qılınc, qalxan oynadaraq məşq edirlər.

Pəhləvanlar

Qəhrəmanlıq doğar ancaq

Güc bəsləyən şən ürəkdən.

Oynadaq hey süngü, mizraq,

Çiçəklənsin ana Vətən.

Dağ-daşından uçsun duman.

Qara geysini xain insan!

Məstur qadın paltarı geyinmiş Tərxa nı gətirib bağçanın kənarında olan ağac
altında saxlayır. Tərxan bağçada qılınc oynadan Nüşabəyə həsrətlə baxır.

Məstur

Gəl yaxın, eylə tamaşa!

Tərxan

Məstur!

Məstur

Sən könül verdiyin afət, bax odur!

Tərxan

Çırpınır qəlbim, aman!..

Məstur

Etmə maraq.

Tərxan
Bircə o canalıcı surətə bax!
Ayı almış araya ulduzlar.
Sanki qarşımda günəşdir, parlar,
Nə gözəl mənzərədir, ey yaradan!

Məstur
Həyəcan etmə, bir az burda dayan!

Məstur gedir. Tərxan Nuşabənin həşəmət və əzəmətinə heyran qalmışdır.

Tərxan
Bürümüş hər yeri bu ölkə səsi,
Ah, özündən də gözəlmiş yiyəsi.
Bir ziya qaynağı imiş bu hilal, Sanki qarşımda durur canlı xəyal.

Qızlar qılınc-qalxan oynatmaqda davam edirlər.

Pəhləvanlar
Çiyinlərdə, əldə hər an,
Şaraq-şaraq oynaşaraq
Parıldasın qılınc, qalxan,
İgid olsun oba, oymaq.
Qana dolsun sağlam bədən,
Gülümsəsin ana Vətən!

Tərxan qızlarla bərabər məşq edən Nüşabəyə baxaraq.

Tərxan
Yanağı gül, üzü cənnət bağıdır,
Canalan gözləri ancaq yağıdır!
Canlı bir lövhəyə bənzər duruşu.
Sərvdir, qonmuş ona sevgi quşu.

İnci gəlib Nüşabəyə yaxınlaşarkən Tərxan səhnədən uzaqlaşır.

İnci
Uğur olsun!

Nüşabə

Uğur olsun, nə xəbər?

İnci
Bir neçə rumlu silahlı əsgər,
İstəyirdi keçə sərhəddimizi,
Qarşı çıxdıq, döyüşə çəkdi bizi.

Nüşabə
Mülkümə girdimi?

İnci

Yox.

Nüşabə

Bəs bu gəliş?

İnci
Hələlik pərdəlidir şübhəli iş.

Döyükmüş halda ətrafa baxır.

Nüşabə
Niyə susdun?

İnci
Bu nə? Yad kimsəmi var?

Əli süngülü ikinəfərkeşikçiTərxanı gətirir.

Dilbər
Ay xanım, bağçada bu gizlənmiş...

Nüşabə

(Tərxana)
Kimsiniz?

Məstur
(Qayıdır, onları görərək öz-özünə)
Ah... Bu nə dəhşətli bir iş!

İnci
Görkəmindən duyulur şübhəli iz.

Dilbər
Deyirəm, kimsən ona söylə, kəniz! Dinməyir, daş kimi tərpənməyir heç.

Məstur
Yad deyil, yolçu qadındır, vaz keç.

Nüşabə
Məstur, anlat bizə kimdir bu qadın?

(Məstur cavab vermir)

Bizim eldəndimi? Aç söylə adın.

Susma, aç sirri bizə söylə...

Məstur

İnan!

Dostluğum yoxdur onunla, xaqan!

Nüşabə

Bu saraya necə, hardan girmiş?

Almaz

Məndə də şübhə törətməkdə bu iş,

Görkəmindən duyulur, əğyardır.

Mərcan

Yox, canım, burda siyasət vardır.

Nüşabə

Bir axın var bu ana torpağıma;

Bulanıq sellər axır irmağıma.

Almaz

Ey qadın, kimsən? Açıq söylə görək!

Özünü gizləmək artıq nə gərək?

Nüşabə

Aç üzün!

İnci

Şübhəlidir...

Almaz
(Tərxanın üzünü açır. Heyrətlə baxaraq)

Əğyardır.

Mərcan
Demədim burda siyasət vardır?

Almaz
Dəyişik donda kişiymiş bu qadın.

Nüşabə
Bura gəlməkdə nə imiş muradın?

Tərxan
Onu gəl, indi soruşma məndən.

Nüşabə
Səni bu yurda nə şeydir gətirən?

Tərxan
Məni bir fırtına atmış bu oda,
Ona bu eldə deyirlər sövda.

Nüşabə
Bu saray əhlinə sövda yaddır!

Tərxan
Dəli könlümsə onunla şaddır.

Nüşabə

(Məstura)
Yoxsa, sənsən ona rəhəbrlik edən?

Məstur
Baş verərmi bu xəyanət məndən?

Nüşabə
Sənə qəlbimdə bir inam vardı,
Könlümü şübhə, tərəddüd sardı. (Məsturu Almaza göstərərək)
Bu da bir dost kimi gülməkdə bizə. Yad kəsi salmış əziz ölkəmizə.

Tərxan
Ey uca rütbəli adil xan,
Məsturun yox günahı burda, inan! Hökm edirkən gücünü vicdana ver, Hər iki hökmü, cəzanı mana ver.

Nüşabə

(Keşikçilərə)
Aparın bunları, yox başqa çara.
Çəkdirin bağça kənarında dara!

Tərxan
Sevirəm eşqlə hər yüksələni,
Sevgilim, bax, dara çəkməkdə məni.

Keşikçilər Tərxanı və Məsturu aparmaq istəyirkən.

Uluca
Həyəcan etmə, xanım, tut aram.

Nüşabə
Bizləri saymamış əsla bu adam.

Uluca
Dostumuzdur, Şəkidə xandır bu.
Adlı-sanlı igid Tərxandır bu.
Bu ağır gündə bizə arxa budur!
Toppuzu odlu dənizlər qurudur.
Saraya girdisə o, etmə maraq.
Var səbəb, fitnə-fəsad ondan iraq.

Nüşabə
Yox, baba, burda siyasət vardır!
Qəlbimi şübhə, tərəddüd qanadır.

Uluca
Bir düşün, dərgahına kini olan
Bu qiyafətdə gələrmi, xaqan?
Kişi ikən qadın olmuş bu igid;
Saraya çəkmiş onu başqa ümid.
Tərxanı əfv elə, at şübhəni sən,
Qoru düşməndən əziz ölkəni sən! Dili dost, fikri qara, qəlbi qara
Rumlu İsgəndərə qıl öncə çara.

Nüşabə

(Keşikçilərə)
Buraxın onları!

Uluca

(Tərxana)

Əfv et, Tərxan.

Tərxan
Dost yolunda bu canımdır qurban!

Uluca
(Tərxanı saraya dəvət edərək)
Buyurun, mən də bu saat gəlirəm.

Tərxan
Hörmətə qarşı təşəkkür edirəm.

Uluca

(Tərxana)
Bilirəm qəlbini mən, bağlama kin.

Tərxan baş əyib saraya gedir, Mərcan və saray adamları da ardınca
gedirlər. Səhnədə Nüşabə, Uluca, Məstur və İnci qalır.

Məstur

(Qaşlarını çataraq)
Sadiq ikən adım oldu xain.

Nüşabə

(Məstura)

Bir xəyanət deyə, haqqım vardı, Qəlbimi şübhə, tərəddüd sardı.

Məstur gedir. Uluca onun ardınca baxaraq.

Uluca
Bilmirəm heç bu qızın dərdi nədir, Qəlbimi şübhəli bir qüvvət əzir.

Məstur Ulucanın sözlərini dinləyib səhnədən çəkilir.

Nüşabə
Baba, söylə o Gəraydan nə xəbər?

Uluca
O da dərgahına hörmət bəslər.
İgidin qəlbini tez aldım ələ.
Parladı saf ürəyində şölə.
Birgə gəldik, başınız yüksəlsin.

Nüşabə
Anladım fikrini, əmr et, gəlsin.

Uluca
Kimdə var əql, zəka, əzm, hünər, Hər nəhəngi o məharətlə yenər.

Nüşabə
Olsa dost həm Şəki, həm Gəncə – Aran. Bata bilməz bizə heç bir düşman.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов