Страница 1 из 2

Bəhramın sarayı. Səhər tezdən, gün yavaş-yavan doğur. Sarayın qapısında qara qullar
mürgüləyir. Birdən şeypur səsi eşidilir. Qullardan biri tez durur, üst-başını
düzəldə-düzəldə:

1-ciqul

Qalxın, qalxın!

2-ciqul

(yuxulu)

Oğlan, nə var?

1-ciqul

Ovdan qayıtmış hökmdar.

2-ciqul
Necə? Ovdan? Nə dedin sən?

1-ciqul

Şeypur səsin eşitmirsən?

2-ciqul

Yenə səhər tezdən Bəhram

Yuxumuzu etdi haram.

Hər ikisi qapı ağzında hazır durur. Bəhram, vəzir, Fitnə,
Bəxtiyar daxil olurlar.

Bəhram

Bu gün yerindədir nəşəm.

Yaman olmaz bir kef etsəm.

Vəzir

Şadlıq dəmi çatdı, durun!

Şahanə bir məclis qurun!

Musiqi və rəqs başlanır. Şərab paylanır, Fitnə və Bəxtiyar içmirlər.

Vəzir

Sağ ol, şahim, bəxtiyar ol!

Fitnə

Ədalətli hökmdar ol!

Vəzir fitnəyə baxıb istehza ilə gülür. Bəhram qədəhi içdikdən sonra,
rəqsə tamaşa edir.

Bəhram

Nə gözəldir bu rəqslər!

Könüllərdən qaçır kədər.

Əyyar əl-qolunu ata-ata gəlir, şaha baş əyir.

Əyyar
Salam, şahim!

Bəhram
Salam!

Hamı
Salam!

Əyyar
Yenə kef eləyir Bəhram.

Bəhram

Sənin tək Əyyarı olan

Kef etməzmi? Qıllı qaban!

Əyyar

(vəzirə)
Bax nə deyir mənə Bəhram.
Mən Əyyaram, ya qabanam?

Bəhram
Qaban ya sən, nə fərqi var?

Əyyar

Fərqi çoxdur, ey hökmdar!

Əyyar gözəl bir insandır,

Qabanın dişləri qandır

Saraydakı şahlar kimi.

Vəzir

Bax, kimə bənzədir kimi!

Bəhram

Sus, yaramaz, qıllı qaban!

Kim qan içmiş? Söylə haçan?

Əyyar

Deyəmmərəm, ey hökmdar,

Çünki düşər-düşməzi var.

Bəhram

Sən ki, üç padşah gördün.

Xidmətində oldun hər gün.

Atam, o şah, bir də ki, mən.

Hansını çox bəyəndin sən?

Əyyar

Bu şahlardan açma söhbət,

Hər üçünə yüz min lənət!

Fitnə

Yox, haqsızlıq etdin, Əyyar,

Hər halda bir yaxşısı var.

Əyyar

Səncə ən yaxşısı budur!

(Şahı göstərir)

Vəzir

Bax, bu sözün lap doğrudur!

Əyyar

O da bir şey deyil, vəzir.

Başında min xəyal gəzir.

Bəhram

O şahlardan danış mənə,

Gözəl xələt verim sənə.

Əyyar

Aha, xələt? Yaxşı, deyim.

Əvvəl atandan söyləyim.

(Acıqlı-acıqlı başını köksünə dikərək, qaş-qabağını tökür)

Böylə idi dinməz kişi.

Ancaq içmək idi işi.

Açılmazdı qaş-qabağı,

Yer süpürərdi dodağı.

Atandan sonra şah olan,

Zahiri xoş-dişsiz ilan Dovşan kimi qorxaq idi;

Vəzir kimi axmaq idi.
Xalqa var idi nifrəti,
Saf deyildi məhəbbəti.

Bəhram
Mən necəyəm? Söylə!

Əyyar

Yazıq, Sən nə ətsən, nə də balıq;
Nə ondansan, nə də bundan. Hələ aydın deyil siman.
Bir ərköyün uşaqsan sən,
Şıltaqlıqdır işin, peşən.

Fitnə
Taxtın xasiyyəti budur:
Hakim olan şıltaq olur.

Bəhram
Nə taxt bilir, nə tac, nə şah!..

Vəzir
Padişah, kimdədir günah?

Bəhram
Sarayımın zinətidir,
Yaraşığı, hörmətidir.
Hələ, onun gözəl səsi,
Bülbül kimi xoş nəğməsi
Olmasaydı, bil ki, çoxdan
Məhv etmişdim.

Əyyar
Hələ dayan!
Mən qurtardım söhbətimi, Tez ol, gətir xələtimi!

Bəhram
Gözəl bir çul verin buna!
Ancaq, düz gəlsin boynuna!

Vəzir
Şah çul verir sənə.

Əyyar
Pəh-pəh!..
O necə şeydir, padişah?!

Bəhram
Soyuqda eşşəklər geyər.

Əyyar
Sizin cübbə kimi?

Vəzir

Sus, xər!

Çulu gətirib Əyyarın çiyninə salırlar. Əyyar sevinə-sevinə

Əyyar
Çox təşəkkür, şahim sənə,
Öz çulunu verdin mənə!

Bəhram
Sus, sayğısız, ağlı gödək.
Dediyini anlat, bilək:
“Nə ondansan, nə də bundan Hələ aydın deyil siman”.

Vəzir
Belə olar Əyyar sözü,
Yanlış deyər əyri, düzü.
Səndədir, şahim şan, şövkət, Dövlət, hünər, əzm, qüvvət... Yadımdan çıxmayır bir an
Köçəndə dünyadan atan
Şah seçdilər o qocanı.

Əyyar
Kimi? O qorxaq dovşanı?

Vəzir
Sən də eşidincə bunu
Çəkdin qəhrəman ordunu, Gəldin ondan tac almağa,
Ölkənə varis olmağa.
Qüvvət hakimdir hər zaman. Şərt qoydular: iki aslan
Arasına qoyulsun tac.
Aslanların pəncəsindən
Qızıl tacı ala bilən
Bu ölkəyə tikilsin şah.
Hifz eləsin onu allah.
Sən şirlərə etdin hücum,
Onlar pəncəndə oldu mum; Şirlərdən sən tacı aldın,
Zəfər təblini sən çaldın.

Əyyar

(istehza ilə)
Kimdə vardır belə qüvvət, Böylə hünər, bu cəsarət?..

Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun
təqlidini çıxarır.

Fitnə
Görünür, şahımız Bəhram
Ovda olmuş səhər, axşam. Şirlərlə gəlmiş üz-üzə,
Çox döyüşmüşdür göz-gözə. Sanmayın çox çətin işdir;
Uşaqlıqdan bu vərdişdir.
Nəyə vərdiş etsə insan,
Hər çətin iş olar asan.

Bəhram
Hünər olmasa tək vərdiş
Bir sənətdə görərmi iş?
Adı Fitnə, özü fitnə;
Bu rəftar xoş gəlmir mənə.

Vəzir
Şahı tərif edən zaman
Bu qız olur əfi ilan.

Bəhram
Öz həddini tanı, Fitnə!
Məğrur olma xoş səsinə.
Bir gün coşub-daşan zaman Verrəm cəza, buna inan!

Fitnə

(ayağa qalxaraq, şaha)
Sizi adi bir şah görmək
Mənə olmuş böyük dilək.
Odur ki, siz hər sözümdən İnciməyin, hər işdə mən
Bir dost kimi yanaşıram.

Vəzir
Uşaq deyil böyük Bəhram!

Fitnə
Mənim sözüm, fikrim budur: Şahda olsa şöhrət, qürur
Siyasəti verməz bəhər.
Çünki zülmə vərdiş edər.
Fikrim aydınmıdır sizə?

Vəzir

(istehza ilə)
Yox, uymarıq fitnənizə.

Bəhram
Yaxşı, yaxşı danışma çox; Taxtü tacın kinindən qorx.

Bəhram Vəzir ilə bərabər çıxır.

Bəxtiyar
Hər gün bunlarla üz-üzə
Deyişmə çox, gəlmə sözə. Sarayda başqadır həyat,
Bir az gərəkdir ehtiyat.

Fitnə
El qızıyam mən, Bəxtiyar, Ürəyimdə həsrətim var.
Zülm İranda kök salmışdır. Ölkə köməksiz qalmışdır; Günü-gündən olur viran.
Xalqım isə bu şahlardan
Zülüm görüb, hey qan içir, Günü fəlakətlə keçir.
Bəhram şaha uşaqlıqdan
Vətən olmuş Ərəbistan.
O saraydan uzaq olmuş,
Ona yaddır bu quruluş.
On il yad ölkədə qalmış,
Mənzərdən tərbiyə almış. Mənzər igid pəhləvandır, Həm də gözəl bir insandır. Taxta sahib olan zaman
Çox gənc idi bu hökmran; Ağlı aydın, qəlbi təmiz.
Mən düşündüm ki, ölkəmiz Belə şahdan xeyir görər.
Xalqa da faydası dəyər.
Onu adil bir şah görmək
Mənə oldu böyük dilək.
Odur ki, pis sifətlərdən
Qoruyuram hər zaman mən. Ancaq o hər gün dəyişir,
Zülmə, qürura baş əyir.
Saray məndən güclü çıxır,
Qurduğumu vurub yıxır.

Bəxtiyar
Bu, taxtın xasiyyətidir:
Adil şəxsi cəllad edir.
Sən boş yerə çəkmə zəhmət, Saraydan umma mərhəmət!

Fitnə
Hələ bir az ümidim var.
Bu fikrimdən, bil, Bəxtiyar, Əl çəkmərəm, ölsəm də mən.

Bəxtiyar
Fədakar bir qızsan, əhsən!
Ancaq zəhmətlərin boşdur; Çünki bu şahlar sərxoşdur.
Sözün ona etməz əsər.
Aralıqda başın gedər.

Bəhramvəzirlə gəlir. Taxta oturarkən düşüncəli.

Bəhram
Məndə nə haldır bu, vəzir!? Başımda min xəyal gəzir.
Biri çəkir mənim xeyrə,
O birisi zülmə, şərə.
Gecə-gündüz çalışıram,
Onlar ilə çarpışıram.

Fitnə mənalı nəzərlərlə Bəxtiyara baxır.

Vəzir
O, rəyasət xəyalıdır.
Bu, gəncliyin amalıdır.

Xidmətçi

(gəlir)
Kəndlilərdən üç-dörd nəfər
Gəlmiş, sizi görmək istər.

Bəhram
Sordunmu, nə istəyirlər?

Xidmətçi
Çox soruşdum, dinməyirlər.

Əyyar atıla-atıla gəlir.

Əyyar
Şah, çulunu verdi xələt...

Vəzir
Şaha neçin vermək zəhmət!
Qoy getsinlər baş divana,
Şikayət etsinlər ona.

Əyyar
Bəlkə bunlar çox yoxsuldur?
Divanda iş görən puldur.
Şahlar işə pulsuz baxar.

Bəhram
Qov onları, durma, Əyyar!

Əyyar
Yox, onlardan mən qorxuram

Bəhram
Qorxma, qorxma, mən burdayam.

Əyyar
Onlar səndən də güclüdür;
Əkin əkir, naxır güdür.
Hansı şah qaçsa xalqından
Taxtı, tacı olar viran!

Əyyar qaça-qaça gedir.

Vəzir
Ey yaramaz, üzü qara!

Xidmətçi
Nə söyləyim mən onlara?

Bəhram
De gəlsinlər! Anlayım bir
Bu kəndlilər nə istəyir?

Vəzir
Atan ömründə bir kərə,
Yol verməmiş bu işlərə.

Xidmətçi gedir, bir qoca, beş-altı kəndli daxil olur.
Hamı yerə qədər əyilir.

Qoca
Ey uğurlu gənc padişah,
Tanrı sizə olsun pənah!

Bəhram
Qoca, nə var? Söylə görək!

Qoca
Yezdan olsun sizə kömək!
İl quraqlıq keçdi bizə,
Qəm ələndi ölkəmizə.
Zəhmətimiz getdi bada,
Sizdən uzaq olsun qada!
Bağ, bostanı vurdu dolu,
Bağlanmışdır həyat yolu;
Xalq batmışdır qəmə, dərdə... Müsibətdir hər bir yerdə.

Fitnə

(həyəcanla)
Qəlbimi dəldi bu xəbər.

Bəhram Fitnəyə baxaraq, acıqlı halda

Bəhram
Vəzir, bir az taxıl göndər!

Qoca
Yaşa, yaşa, ey padişah,
Yezdan olsun sizə pənah!

Bəhram
Qoca, sözün varmı yenə?

Qoca
Yox, tanrı yar olsun sənə!

Fitnə

(şaha)
Bir istəyim vardır sizdən: Yadımdadır, uşaq ikən
Bayramda el qaynayardı,
Gözəl oyun oynayardı.
Görməmişəm çoxdan onu, Çox sevərdim bu oyunu.
Bu gün burda oynasınlar,
Coşub, daşıb qaynasınlar!

Bəhram
Bədrəng özü də bir rəngdir.

Fitnə
Elin rəqsi çox qəşəngdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Özü bilsin, mənə nə!

İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.

20 мин
Solmaz və sönməz

Cəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?

19354 мин
Hitlerin yuxusu

Faşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.

19423 мин
Baş üstə

Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.

19465 мин

Стихи других поэтов