Fitnə
Üç pərdəli mənzum dram
(Mövzusu Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından alınmışdır)
İştirak edənlər
Bəhram – İran padşahı, 25 yaşında
Vəzir – 60 yaşında
Gövhər – vəzirin arvadı, 50 yaşında
Bəxtiyar – vəzirin oğlu, 22 yaşında
Fitnə – saray qızı, 20 yaşında
Əyyar – saray məzhəkəçisi
Afət – vəzirin qızı, 20 yaşında
Qulam – saray xidmətçisi
Qoca – el ağsaqqalı
Qaraqullar
Vəzirinqulamı
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-fitne
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarında gölməçələr yaratmış ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, ətsiz vücudunu yamaqlı bir çarşaba bürümüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə bir kağız parçasını uzadaraq:– Oğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.
VəzifəINoyabrın acıqlı bir sabahı idi. İki gün əvvəl başlamış olan xəzri hələ bütün şiddəti ildə davam edir, bir ildırım gurultusu ilə ətrafı sarsıdır, yerləri eşərək, göylərə sovurmuş olduğu toz-torpaqdan fəzanı qalın, sarımtıl bir örtüyə bürüyürdü. Qapı-bacaların vıyıltısı, pəncərələrin cingiltisi, uzaqdan eşidilməkdə olan dəniz dalğalarının dəli gurultusu ruhlara ağırlıq verir, əsəblərdə acı bir sızıltı hiss etdirirdi. Küçələr bomboş idi. Damlarda pişiklər, küçələrdə itlər belə gəzməyə cəsarət etmirdi. Yalnız arabir işə gedən adamlar yerdən burun-burun yüksələn toz-torpaqdan üz-gözlərini köksləri üzərində gizləməyə çalışaraq, iri addımlarla gedirdilər.
Özü bilsin, mənə nə!İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Solmaz və sönməzCəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?