Torpaq da,İnsan da yorulub qandan,Alıb dövrəmizi düşmən hər yandan,Yaman nigaranam Azərbaycandan.Səsim qəsbkara çatmayan mənəm!

Uşaqlar ac qalıb, qocalar miskin,Gəlinlər, qızlar da bəxtindən küskün.Abad qapıları kəsibdir pis gün.Millətin dərdilə yatmayan mənəm!

Kimi milyonçudur, kimi ac, yoxsul,Cahil ağa olub, alim dərdə qul,Həyatım bir qəmli nağıldır, nağıl...Dərdimi dərdlərə qatmayan mənəm!

Çıxarıb qılıncı düşmənlər qından,Qəsbkarlar doymur ölümdən, qandan,Yaman nigaranam Azərbaycandan,Gülləni hədəfə atmayan mənəm.Sənə hədəf olsun, ey vətən, sinəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости