Qəhrəmanlıq abidəmizEy şəhidlər qəbristanı!Torpağına qəm çökməmişMillət hanı?Dövran bizə qəm üstündənQəm yüklədi dönə-dönə...Biz ha qaçdıq, o qaniçənQapımızı döydü yenə.İndi bu qəm havasınıHansı sazda çalaq, ellər?!Yaraların ağrısınıHansı sözlə alaq, ellər?!Oğul! – deyən anaların göz yaşınaGöz yaşımı qatıram mən!Qəm selində batıram mən!Batıram mən!Bir səs deyir: – Dur! AğlamaDüzəlt qəddi-qamətini!Dərdə, qəmə səsləmə sənDərddən güclü millətini!Dur! Ağlama!

Ağladıqca kiçilmişik,Zəmi kimi biçilmişik,Bölünmüşük para-para!Dur! Ağlama! Nəsil böyütƏvəz olsun vətəninəQurban gedən oğullara!Rəhmət sizə, ey igidlər!Ey şəhidlər!Ey azadlıq qurbanları!Ey vətən qəhrəmanları!Ölmədiniz, yaşadacaq sizi zaman.Qəhrəmanlıq abidəmizOlacaqdır bu qəbristan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости