Duman, gəl get bu dağlardan,Dağlar taza bar eyləsin.Nə gözlərim səni görsün,Nə könlüm ğubar eyləsin.

Haşa, sevdiciyim haşa,Deyilənlər gəldi başa,Bir yandan özün tut daşa,Bir yandan el car eyləsin.

Abbas ağlar zarı-zarı,Getməz könlünün qubarı,İlqarından dönən yarıTanrı tezbazar eyləsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов