Nənələr
Qocalıb əldən düşüb – əl çəlik, ayaq çəlik.Qucağına bir totuq nəvə alıb üstəlik.Nəvə buz baltasıdır – igid yumruğu kimi,Qucaqda yırğalanır qoyun quyruğu kimi.
Gör necə də yayxanıb artıq taxta sinəyə.İndi öz donu belə yük olsa da nənəyə,Körpəni qucağından yürə qoymur, saxlayır.Özü taqətdən düşüb, yaşı yüzü haqlayır.Bu körpəni ömrünə indi dayaq sanır o,Özünü gövdə bilir, onu budaq sanır o.Sanır ki, nəvəsini qucağından düşürsə,Sinəsindən ayırıb başqa bir ələ versəAyın da, günəşin də rəngi olar qapqara,Ulduzlar parıldamaz, dönər paslı mismara;Bu işıqla həyat da vida elər nənəyə...Körpəni bir az da bərk sıxır taxta sinəyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-neneler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Göstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Gəlməmişəmİbtida, dilimdə olub "bismillah",Sığınmışam ol xudaya, gəlmişəm.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik