O ümidlə soyuyubdu haçandı,Zirvəmizi asta-asta qar alar.Keçib getdi şirinin də, acın da,Mənə qaldı könlümdəki yaralar.

Çox gözlədim bu sübhümüz, bu da dan,Qımıldanıb çıxammadım butadan.Vaxtında ki qurtarmadın xatadanNeyləyəcək gecdən gələn çaralar.

O mən idim – addımına gül əkən,O mən idim – hər arzuna pilləkən,Nə qalıbdı güvəndiyin ürəkdənYurd yerinin ocağıdır, qaralar!

Ayrılıqda illərə tay bil günüSınayacaq boyumuzda ülgünü,Bu tale də öyrənmədi bölgünü!Hara xəzan, hara çiçək, hara bar?

Soyum bəlli! Səbirli yox, Sabirəm!Dərd biçəndə yenə sevinc səpirəm,Gülləri də gözlərimlə öpürəm,Qorxuram ki, əlim dəycək saralar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе