Yapışmaz
Külüng çaldın, könlüm qaldı virana,Sınan sındı o bir daha yapışmaz,Saç ağardam, gözlərimə tor enəO keçmişim bu sabaha yapışmaz.
İmdad çəkə aramızda söz belə,Ha qol atıb öz səhvindən üz belə,Sellər axıb elçi düşə yüz beləDağ arana, aran dağa yapışmaz.
Mənim könlüm bu işığa pərvanə,Gündüzümün dövrəsində fırlanarKənar düşsəm gözüm sönüb qorlanar,Kənar gəlsə bu ocağa yapışmaz.
Ömür keçid dərd qolunu bükməklə,Könlüm sındı ümidə yol çəkməklə,Aramıza Araz yaşı tökməkləSağım sola, solum sağa yapışmaz.
Şimşək olub buludunu didməsəm,Ağac olub yaddaşında bitməsəm,Ürəyinin harayına yetməsəmOdlu ruhum buz torpağa yapışmaz!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-yapismaz
Клавиши ← → для перехода, R — случайное стихотворение