Əl işi məktəbində çalışan qızlara

Əl işi çox gözəl, incə sənətdir,Çalış, iynəm, çalış, yarat, gözəl tik!Bu sənətdə işlənilən incəlikYalnız qadınlara məxsus nemətdir.

Bir qumaşa əlvan rəngli və saysızİpəklərlə gözəl şəkil işləmək,Quş, kəpənək, meşə, ceyran, qız, çiçəkYaratmaq da bizim, bizim payımız.Çalış, iynəm, çalış, yarat, gözəl tik!Hər ailə, hər ev qoy başdan-başaBürünsün bu gözəl, incə qumaşa.Göstər nədir sənət, nədir gözəllik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе