Natəvan
Bu yerdə ağac da, daş da, torpaq daŞerlə dil açır, nəğmə oxuyur.Bir quş lələyində, bir ağ varaqdaNeçə dastan yatır, nəğmə uyuyur.
Nə şahlar, xaqanlar, nə din, şəriətŞeir rübabını qıra bilməyib.Çadralar zindana çevrilib, fəqətNəğmənin önündə dura bilməyib.
Bizim Qarabağın təbiətimiİlhama gətirdi onu bir səhər?İnsanın zamandan şikayətimiEtdi Xan qızını bir sinədəftər?
Ananın bir oğul faciəsimiOna – yarat, – dedi, ona – yaz, – dedi?Bizim anaların ağlar səsimi“Dərd qalsa sinədə sağalmaz” – dedi?
O özü göylərdən ilham dilədi.Yoxsa rübab verdi ona kədər-qəm?Onu zaman özü şair elədi,Yoxsa ki...Bilmirəm...Onu bilmirəm –
Bu yerdə ağac da, daş da, torpaq daŞerlə dil açır, nəğmə oxuyur.Bir quş lələyində, bir ağ varaqdaNeçə dastan yatır, nəğmə uyuyur.
Fələyin qəhrinə şeri, sözüyləAğladı Natəvan, güldü Natəvan.Elin kədərini elin özüyləYavan tikə kimi böldü Natəvan.
Camalı bir günəş, üzü aypara,Saçları gecənin gözündə qara.Vəfasız dövrana, vəfasız yaraSöz qoşan yanıqlı dildi Natəvan.
Qəlbinə söylədi: güntək yaşa, yan,Qalar el dilində yanıb yaşayan.Dönüb tunc heykələ, gözəl ŞuşadanBakının qoynuna gəldi Natəvan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-natevan
Клавиши ← → для перехода, R — случайное стихотворение