Sözümüz, şerimiz, şeriyyətimizÖlçüyə sığışmaz, hesaba gəlməz,Hərdən uzandıqca söz-söhbətimizSorğuya tutursan məni niyə bəs?

Məndən soruşursan axı nəyin var?Gülüm, əvvəlkitək budur cavabım:Sənin bir qənirsiz gözəlliyin var,Mənim vəsf etməyə sözüm, rübabım.

Mənim ürəyim var, hər tikəsindənNeçə ürək çıxar məhəbbət dolu.Əzəli qaydadır: bircə ovuc dənSəpilsə göyərib bir zəmi olur.

Mənim əllərim var, səni qaldırarBir cüt ağ göyərçin qanadı ilə.Şikara çevrilsən səni saldırarDəlisov qızılquş inadı ilə.

Mənim gözlərim var, aydan nur dərər,Küləyin özünü seçər izindən,Eşqimi, hissimi dəqiq göstərər,İnan, Femidanın tərəzisindən!

Mənim saya gəlməz nəğmələrim var,Hərəsi can verər cansız bir simə.Əzizim, qəlbimdən qopan mahnılarOrfeyin özünü salar tilsimə!

Bu ürək, bu əllər, bu gözlər sənin,Tilsimli nəğmələr sənindir bütün.Qalsın qulağında bu sözlər sənin:Əvəz istəməzlər məhəbbət üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов