Sənin yerin görünür
Səməd Vurğuna
İllər üstə il gəlir;sənsiz darıxır ürəkQaranlıq bir otağa atılıb qalmış kimi.Mən baxıram əksinə köksümü ötürərək,İlahi bir lövhənin seyrinə dalmış kimi.
Qarşımda kitabların, dodağımda sözlərin...Xəyalımda gülüşün, yerişin, baxışların...Bəzən mən də keçirəm keçdiyin o düzləri,Aşıram üzərindən o kəklikli daşların.
Fəqət ürək ovunmur şıltaq bir uşaq kimi,Sənin yerin görünür dərədə də, dağda da.Hər yanda görünürsən göy kimi, torpaq kimi,Ancaq tapılmayırsan göydə də, torpaqda da!
Sənin yerin görünür çətin gündə, asanda,Şanlı yürüşümüzdə, bu günün nəğməsində.Sənin yerin görünür şerə qulaq asanda,Qəribədir, arabir gəlir canlı səsin də!
Bütün təbiətinlə durursan göz önündə,Birdən nəhəng salonlar qızıl nura bürünür.Şairim, gizləməyir dostun da, düşmənin də,Köks ötürüb söyləyir: “Onun yeri görünür!”
Çiçəkləri çırtlayan bizim Muğana bir bax,Talada boynu bükük duran ceyrana bir bax,Çəzə qələm götürüb şeir yazana bir bax,Köks ötürüb söyləyir: “Onun yeri görünür!”
Dodağına eydirmə inək sağan ana da,Göllərdə süzüb keçən o yaşılbaş sona daTəzə nişanlılar da, toylar da, toyxana daKöks ötürüb söyləyir: “Onun yeri görünür!”
Sənin yerin görünür,sorağına çıxıram,Evinin qabağında dayanıram bir anlıq:Mən dolmuş gözlərimlə hey baxıram, baxıram,Otağında sükut var, pəncərəndə qaranlıq.
Sən sevməzdin, şairim, sükunəti, zülməti,Taleyin hökmünə bax, həyatın sirrinə bax!Sənin iş otağında dünyanın şeriyyəti,Yerin, göyün işığı qərar tutardı ancaq!
Ey yurdumun qoşması, gəraylısı, dastanı,Sənsiz qəlbim sıxılır, kədərlərə bürünür.Seyr etsəm də bu gün mən min sənətkar insanıSənin yerin görünür!Sənin yerin görünür!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-senin-yerin-gorunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Taleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
NizamiBu hansı əsr idi, hansı qərinə?Torpaq köks ötürdü, yer parçalandı.
DanteOldu cüdayi-vətən ömrünün gənc yaşında,Nə rütbəsi, nə böyük şan-şöhrəti var idi,
NəsimiDinlə, rəssam, sözümün hikmətini,Burda kim gizləyəcək heyrətini?