Sabir bağında
Payız yarpaq tökür dalbadal üstə,Ayağı altına çiçək səpir yaz,O, sakit oturub pyedestal üstəBaxıram, beli də əyilib bir az.
O heykəl yaradan bir sənətkarınNöqsanı deyildir, səhvi deyildir.O bel qəm siqlətli acı ruzgarınYumruğu altında belə əyildi.
Axı, heykəltəraş neyləsin buna,O beli qəm yüklü zaman əyibdir.Kim dözər möhnətin ağırlığına?!Möhnətlər o beli yaman əyibdir.
Bir xalqın taleyi, bir xalqın dərdiQoyulub çiyninə qurğuşun kimi.Bu dərdin altında dağ əriyərdi,Düzə səpilərdi narın qum kimi.
Şairlər gül deyib, bülbül deyəndəO yazdı göz yaşı, əzab, iztirab.“Liriklər” xəstətək inildəyəndəŞairim hayqırdı – döyüş, inqilab!
Onun gülüşləri göz yaşı oldu,Sevinci – hönkürtü, təbəssümü – qəm!O gələn aləmin sirdaşı oldu,Şerində can verdi ölən bir aləm.
Budur, fikirlidir yenə də Sabir,Bahar çiçək səpir dalbadal üstə.Yox, o, keşməkeşli canlı əsrdir –Oturub qranit pyedestal üstə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-sabir-baginda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Dəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
ای آنکه مر ترا بجهان در نظیر نیستآنکو خطر نیافت ز فیضت خطیر نیست
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
لوح محفوظ است پیشانی و قرآن روی دوست«کل شی ء هالک » لاریب اندر شأن اوست