Ey ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.Gözünün hər biri bir alma dərir,Dişlərin it kimi cəmdək gəmirir.Alnın dar, saçların ifritə kimi,Gövdən isə qara yelkənli gəmi.Qolların şil və çolaqdır ayağın,Yer süpürməkdə o murdar dodağın.Əyridir baş-qulağın, hər əzan,O gözəl surətinə sən qurban.Belə çirkin sifətinlə, de görüm,Nə deyirsən mənə, ey xain ölüm?Uzağam mən ki, o çirkinlərdən,Şairə, sənətə sənsən düşmən!Durma qarşımda, bir azca uzaq ol!Qorxmuram qanlı bıçaq, ya çanaq ol!Öz başında sınacaqdır çanağın,Sən uzaqdan nə deyirsən, azğın?Qıcayıb dişlərini tez-tez sən,İştaha ilə baxırsan gendən.Dikilir gözlərimiz bir-birinə,Bu şüurum ki, gəlir öz yerinə,Toplayıb qırğı kimi tez özümü,Mən bərəldincə uzaqdan gözümü,Tez girirsən qaçaraq bir deşiyə,Ey siçan, mən dönürəm bir pişiyə.Necə iyrənc, nə qədər çirkinsən!Həm də qorxaq, əməzik, miskinsən!Qorxuduymaz ürəyim var, bunu bil!Qorx sənə mən kəsilim Əzrail.Qarşıma çıxma, birəlli yıxaram,Gözünə, ağzına pambıq tıxaram.Demə ki, o qocadır, mən gəncəm,Şahlara “mat” oxuyan şətrəncəm.Qoca olsam da – iradəm vardır.Mənə qəlbimdəki iman yardır.Məni dindirmə ki, vaxtım yoxdur,Qələmə almağa fikrim çoxdur,Üzünə baxmağa nifrət edirəm,Get ki, ilham ilə söhbət edirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü fəsil

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

190916 мин
Dördüncü fəsil

Bakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.

19097 мин
Beşinci fəsil

Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.

190923 мин
Altıncı fəsil

Zəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?

190910 мин

Стихи других поэтов