Pəyami-dilaram
Nisaiyyuna işarət
İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir.
Açıldı bağı-maarif o cinsi-nazənə,Açılmadısa da hala o sitreyi-mə'lun,Sonunda nuri-həqiqət edər zülami zəbun,Zavallı biz ərəriz bir həyati-rəxşanə.
Səma günəşsiz olanda gecə cahanı qucar,Bu yer günəşlərinə leylpuş olan yerlər.Zülam içində yaşar, parlamaz nə gün, nə səhər,Qadın ziyası göründükdə zülmət isə qaçar!
Həyatı bizlərə dadlandıran ki, nisvandır,Bu cinsi həzrəti-fitrət həyata zad etmiş,Bununla adəmi dilşadü bərmurad etmiş,Pərəstiş etməli, nisvan mübəccəl ünvandır.
Bakı, 22 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-peyami-dilaram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,Olduq əsiri pənceyi-qəhrü müsibətin!
Dilək ölməzYüksək dilək, ay dilək,Aydın dilək “ay” dilək,
DilənçiGötürüm bir səfili-cadənişin,Bürümüş çöhrəsin zilali-məlal,
Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.
Стихи других поэтов
Didüm ki aceb leblerüni kim sorar iy dostAydur bu hayâli kovanı kim sorar iy dost
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Gədə, mən qurban olum qaşları kaman bacınaGədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!