İnsan nə ilə mükərrəm olur
| vikipediya_keçidi =| vikisitat_keçidi =| commons_keçidi =}}
Olursa mə'rifətpərvər - məlaikdən mükərrəmdir.Yaşarsa aləmi-vəhşətdə - heyvandan da kəmtərdir.Dəyanət elminə kəsbi-qənaət eyləyən bədbəxtSənayepərvəran indində naqisdir, mühəqqərdir.Otuz il elmi-ədyanə həyatın həsr edən "alim"Həyat ərbabına düşmən olub mövtayə rəhbərdir.Fünuni-sən'ət ilə can verirlər cismi-biruhə,Fəqihi-mürdədil can almaq elmində hünərvərdir.Otursan məclisi-vəzində ləzzətyab olmaqçın,Görürsən kim, dilində nəzrü fitrə virdü əzbərdir.Olubdur filisufanın əlində masiva təsxir,Bizim əllamə sehr elmində Harutə bərabərdir.Ədibi-ruhpərvərlər olublar tərcümanülvəhy,Bizim fəhhamə, əlhəq, lafzənlikdə süxənvərdir.Nəzərəndazi-diqqət olsanız adəm görər filhal,Bu bədbəxtandan xeyr olmamaq gündən də əzhərdir.Ayıl, biçarə millət, iktisabi-elmü sən'ət qıl,Sənaye əhli ülviyyati-alül’alə məzhərdir.Sənaye şahrahın teyy edən əqvami-məs'udəTərəqqiyyati-fövqəl’adə ilə kampərvərdir.Fünuni-nəf bəxşalə qılıblar aləmi mə'mur,Bizim elmi-əsəfbəxşa dirəxti-xüşkü bibərdir.Və "kərrəmna bəni-Adəm..."* nişanın hifz üçün, Hadi,Maarif kəsbi qılmaq bizlərə əmri-peyəmbərdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-insan-ne-ile-mukerrem-olur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Oxu, bil, öyrən!Övladi-vətənə*Ey cavan, öyrən: cəhalət ən böyük bir ardır,
Fəxamətli əfəndim, pardon!Hörmətli əfəndim Molla Nəsrəddinə*Son nüsxəni aldıq, oxuyub, bildik, a Molla,
Gərəkməz!Nazəndə nəvazişlərin eylər dili lərzan.Möhriq baxışın etmədədir ruhumu suzan.
Стихи других поэтов · О мудрости
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Xacə HafizHafiz, ey mürşidi-sütudəsiyər!Hafiz, ey ustadi-şerü hünər!
Pünhan həmən Pünhandı daHeç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.