Gərəkməz!
Nazəndə nəvazişlərin eylər dili lərzan.
Möhriq baxışın etmədədir ruhumu suzan.
Müztər oluyor, titrəyorum, olsa bədidar –
Mir'ati-xəyalımda o simayi-füsunkar.
Mən tazə mübariz olaraq səhni-fənadə,
Qövğadayım ömrümlə bu meydani-vəcadə.
Meydani-həyat içrə mənəm şanlı fədakar,
Bu keşməkeşi-dəhr ediyor ömrümü bizar.
Əkdarımı təxfifə mədar olmağa hər bar –
Əfkarımı tövcih edərəm səmtinə təkrar.
Bir hatifi-qeybi mənə söylər ki: "gərəkməz!"
Yorğun düşərək, xəstəyəm, alamlə məsmum,
Şad etsələr, olmaqdayam artıq daha məğmum.
Mazi imiş ancaq mənə əyyami-məsərrət,
Halım məni tə'zib ediyor, iştə həqiqət.
Mən dinləyorum sövtünü, ey sevgili dilbər:
"Gəl, gəl də, təsəlli edərəm, olma mükəddər",
Dərkən yenə can guşuna bir nətmeyi-ilham –
Söylər ki: "Gərəkməz, geriyə eyləmə iqdam".
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-gerekmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəlbimdə sənə bir əzəli eşqü məhəbbət –Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət.
Dün axşamın ilhami-yetimanəsiDün axşam idi, mən gəziyordum yetim-yetim,Bir yoldaşım var idi ki: hüzn ilə möhnətim...
Asi şe'rlərEy üqdəsi açılmayan əsrari-kainat,Ey anlaşılmayan əzəli validi-həyat!
Qüvvət, həyat, ümid...Yaşamağı sevirəm...*Manafzadə Sabit yoldaşıma*
Стихи других поэтов
Baxın, Məhəmmədin işinə,El içində xar olubdu.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.