Hörmətli əfəndim Molla Nəsrəddinə

Son nüsxəni aldıq, oxuyub, bildik, a Molla,Gördük bütün övraqını tənqid ilə imla!Hər bir sözü tədqiqə nə kəskin nəzərin var!Təsvirdə bundan daha artıq hünərin var.Safi, çürüyü seçməyə parlaq məhəkin var,"Fazil" mütəhərrirlərə döymək kötəyin var!Olmuşmu qəhət yazmağa qəztəndə məqalə,Şimdi satəşırsan, a balam, "əhli-kəmal"ə?Aya sənə nə bir mütəhərrir belə banlar:"Osmanlılar öz işlərini pək gözəl anlar!Amma nə ərəbcə biliyormuş, pah atonnan!"Göz dəyməmək üçün bunu hifz eyləyə rəhman.Bilməm dəli oldunmu, uduzdunmu xəyali,Tənqid ediyorsan o "qələmpani-kəmal"i!Gah nala və gah mıxa döyürsən, dəlisan ya!Tənqid edilirmi o "fəxamətli", a Molla?Daim belə əlqabə gərəkdir ola hörmət,"Şövkətli"lərə etməli hər dəmdə ibadət.Rahət otur, Allahi sevərsən, kişi, rahət,

Hörmətli əfəndim, sənə nə yazdı "fəxamət".Yetdin yetənə, yetməyənə daş atıyorsan,Bozbaşa aşı, aşa da bozbaş qatıyorsan.Dostum! Çatanı sən ki, edirsən belə tənqid,Qorxum bu ki, sözsüz qala axırda cəraid.Hörmətlini öyrətmə, "fəxamətli" gözəldir,Yersiz danışıqlar bizə əqsayi-əməldir.Nə gəlsə onu yazmalı, fikr etmək əbəsdir,Qare'lərimiz ruhdən azadə qəfəsdir.Biz də verəriz iştə bu ölmüşlərə təlqin.Ay Molla, nə təlqin qanır ölmüş, nə də mə'lqinBiz bayquşuyuz, Molla, bu viranə məzarın,Viranlıq içində nə gəzər sövtü həzarın?Mən şair olanda, üdəbamız nasıl olsun?Allah eləsin qarein idrakı açılsın!Bir pərdeyi-müzlim asılıb didələrindən,Can tairi uçmuş da dili-mürdələrindən.Pis-yaxşını bilsəydi əgər milləti-bədbəxt,Hər mən kimidə yazmağa olmazdı cəsarət.Qarelərimizdə məhək olsaydı, a Molla, –Xalislə dəğəl onda olurlardı hüveyda.Xərmöhrəni yaqut adına sat, keçəcəkdir,Bal namına ver bəkməzi, əbləh içəcəkdir.Sən kaseyi-çini deyə sat, leyk xəzəfdir,Rəhmətliyin oğlu alacaq ki, xoş ələfdir.Sən istədiyin nəğməni çal, ziri bəm eylə,Ey çalğıçı, qorxma, bilən olmaz, kərəm eylə!Çal zurnanı, vur dünbəyi, ol məsxərəpərdaz,And olsun o Molla Babaya, anlayan olmaz.Olsun qəsəm ol "Şeyxi-Qobustani"yə, sən çal, –Tənqid edən olmaz: hamı kardır, hamı kordur, hamısı lal!Ey xameyi-əfsanənəvisəndə, qırılma!Meydani-cəraid gen ikən heç də yorulma.Molla əmiyə verməqulaq, sən yazını yaz,Qarğa kimi "qa-qa"lara qıl tazədən ağaz.Ey xameyi-əfsanənəvisani-"fəxamət",Divanələşib Molla əmi, etmə məlamət!"Şafi" qələminlə onu qurtar dəlilikdən;Qurtar bizi də "canlı söz"ünlə ölülükdən!Ey, sən də pozulma, yazı yaz, eylə inayət,Ol səhni-cəraiddə "qələmrani-bəlağət"!Söylə bizə osmanlılar aya nə deyorlar,"Osmanlılar öz işlərin ə'la biliyorlar".Qurban belə idrakə, belə fikri-"əmin"ə,"Pəh-pəh nə deyim, şükr xudanın kərəminə"!

14 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов