Könlümdəki muradım,Ey yar, sən bilirsən.Hər dil ki, bilmərəm mənDildar, sən bilirsən.

Mən sanma meypərəstəm,Saqidən ötrü məstəm,Mən bir binayi-pəstəm,Memar-sən, bilirsən.

Qəmzən atanda bir ox,Qaşın yayın çəkər çox.Könlümdə tab gər yox,Gər var, sən bilirsən.

Gəlməz fəğan elimdən,Üzr istə qatilimdən,Ona mənim dilimdənYalvar, sən bilirsən.

Gər könlümü alırsan,Gər yüz çin öldürürsən,Dildar, sən bilirsən,Qəmxar, sən bilirsən.

Qövsi sənin xərabın,İçmiş sənin şərabın,Olmuş sənin kəbabın,Xunxar, sən bilirsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви