Ömürlər xuni-dil içdim,Gülüzarım, səndən ötrü.Axın dağlara düşdümLaləzarım, səndən ötrü.

Sinəmi oxlar dəlibdir,Qanlı peykanlar qalıbdır,Canımı qəmlər alıbdır,Qəmküsarım, səndən ötrü.

Aşiq olan keçər eldən,Başü candan, xanümənden,Damənin tək getdi əldənİxtiyarım, səndən ötrü.

Gözlərim qan ilən doldu,Bilmənəm könlümə noldu,Kəkilin tək qarə olduRuzigarım, səndən ötrü.

Qövsi ilə həmdəm oldum,Həmdəmi-dərdi-qəm oldum,Xarü zari-aləm oldumNazlı yarım, səndən ötrü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов