Bariqeyi-inqilab
1
Hala qırılmadı səsi tari-rübabımın,
Bitməz künuzu, bil ki, bu qəlbi-xərabımın.
Hər dəmdə canlanır nəğəmi inqilabımın,
Tə’siri yox deyil, bilirəm ki, xitabımın,
Parlaq baxışla nurunu gör afitabımın,
Kəskin nəzərlə öp üzünü hər kitabımın.
2
Hər misrə’ində şe’rimin avazi-intibah,
Hər nəğməsində xəndəfəşandır birər sabah,
Xaməm həmişə söyləyir, ey qövmi-şəbpənah,
Açdı təməddünün səhəri, iştə şahrah,
İdrakını qarartdı xürafat, ah, ah!..
İdrakını qarartdı xürafat, ah, ah!..
Ey sübh, çıx! Və bat yerə, ey siteyi-siyah!
3
Ey sitreyi-siyəh, çəkil, ümmid parlasın,
Seylabi-nur dadlı sədasilə çağlasın,
Ənzarımız həqiqəti görsün, qucaqlasın,
Ə’dayi-elm aləmi-ürfanı anlasın,
Nazəndeyi-məaliyi millət nişanlasın,
Gülsün rüxi-təməddünümüz, vəhşət ağlasın.
4
Ağuşumuz açılmalı huri-həqiqətə,
Əfkarımız güşadə gərək nuri-hikmətə,
Ənzarımız da baxmalı atiyi-millətə,
Var ehtiyac bizdə də ehrazi-şövkətə,
Bu ehtiyacı soxmalı əfkari-ümmətə,
Ta kəstiyi-həyatı erişsin səlamətə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-bariqeyi-inqilab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmvarə bahar ol bizə, ey gülşəni-amal,Aləm sənin ilə oluyor naili-amal.
Alihəyi-hürriyyətə!Bir qaranlıq gecəydi, tutmuş idi –Vətənin, millətin səhərlərini,
Ah, kimsəsiz vətən!Ey ateşi-cəhalətə büryan olan vətən!Pirayeyi-ülumdən üryan olan vətən!
Arzuyi-dilOlmarızmı həqqi-insaniyyədən biz zövqyab?Yoxsa dünyada nəsibi-millət olmuşdur əzab?
Стихи других поэтов
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Bir qəndildən bir qəndilə taxıldımBir qəndildən bir qəndilə taxıldım,Türab olub yer üzünə yaxıldım,