Həmvarə bahar ol bizə, ey gülşəni-amal,Aləm sənin ilə oluyor naili-amal.Sənsən bizə hər dəmdə əməlbəxşi-səadət,Minlər yaşa, ey şiveyi-ənvari-hidayət.Tə'lim ediyorsan bizə mə'nayi-həyati,Zülmətgədeyi-yə'sə saçırsan ləmə'ati.Ümmidinə ümmidlə ümmid edəriz biz.Sənsən bizə həm dəmdə əməlbəxşi-səadət,Məqsudi-əvalimsən, əya şiveyi-fitrət!Amal qılıb aləmi ülviyyətə məzhər,Amali-təfəyyüzlə olur şəxs hünərvər*.Vabəstədir ancaq əmələ şövkəti-millət,Millət edər ümmidlə kəsbi-mədəniyyət.Ümmid olmazsa, bu cahani-ələmavər -Bir faciəza lövheyi-qəmpərvərə bənzər.Ümmid ediyor adəmi varəsteyi-möhnət,Ümmidsiz adəm görəməz ruyi-məsərrət.İnsanlığı insandan alır yə'slə hirman,Bir valiyi-vəhşətdə qoyar adəmi xüsran.Ümmidi-təalilə olur kəsbi-təkamül,Ümmid ilə insan ediyor teyyi-mərahil.Amal ilə dərdəst olur əsbabi-məali,Biz də olalım millət, əməlcuyi-təali!Dərguş qılın tövsiyeyi-əqlpəsəndi.Ümmidlə yazdım sizə atidəki “bənd"i*:Ümmid ilədir binayi-aləm,Ümmid mühəndisi-cahandır.Zövqavəri-fikr, qəlbü candır.Ümmid ilədir bəqayi-adəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов