O gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmamSəhər-axşam var bir duam:Gözlər, gözlər, qara gözlər!Göylərə etməm etibar,Beş ildir könlüm intizarTanıdığım, bir Tanrı var:Gözlər, gözlər, qara gözlər!

Diləklərim erkən soldu,Könlüm fəryaddan yoruldu,Nə istərdim... nələr olduGözlər, gözlər, qara gözlər!

Siz bir gözəllik Tanrısı.Mənsə bir tale ayrısı,Könlümün ilham pərisiGözlər, gözlər, qara gözlər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви