Soruşma halımı, ey dil, bu halım çox pərişandır,Fəraqi-yardə əzbəs çəkib qəm, könlüm al-qandır.

Nədən bu çərxi-zalim qəlbi-üşşaqi kəbab eylər,Əlindən əlaman, ey çərxi-dun, dil-mürği büryandır.

Keçirdim, nagəhan düşdü güzarım səmti-bulvarə,Nə gördüm, bir büti-məhru misali-hurü qılmandır.

Töküb zülfün üzə çin-çin, görənlər söyləyir əhsən!Deyirlər, mərhəba, əhsən, bu süni-həyyü sübhandır.

Baxan ol mahi-rüxsarə yəqinən kim, olur heyran,Nə qədri vəsf edim, vəsfi tükənməz, əql heyrandır.

Duranda mən bərabərdə o yari-gülcəmal ilənDedi: – Əl çək, səni tanrı, kənarımdan bir az yan dur.

Dedim: – Qurban sənə canım, qəbul et, mən sənə nökər.Desinlər, yarına Vahid nə yaxşı bəndəfərmandır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви