Səndən, gözəlim, könlüm o gündən nigarandır,Bir kimsə də sormur, bu nə fəryadü fəğandır.

Rüsvayi-cahan olmasa, eşq əhli tanınmaz,Aşiqlərə rüsvağılı, bil, namü nişandır.

Yar olmasa, gülşəndə baharın nə səfası?Bülbüllərə, gül olmasa, hər yerdə xəzandır.

Mən sevdiyimi görsən əgər, sən də sevərsən,Aləm onu hər yerdə deyir: – Sevməli candır!

İstərsən əgər dilbərin əl çəkməyə səndən,And iç ona şirin dil ilə, tez inanandır.

Öz sevgilinin şəmi-rüxün aləmə göstər,Pərvanələrin eşq oduna qəlbini yandır.

Vahid, düşün öz qədrini, namərdə əyilmə,Göz dik elə bir qüdrətə ki, ruzi-rəsandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви