İranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.Bu həmşəri zalımları bielm bilirdim,Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.Yazdın qəzetə fors ilə amadə cəfəngi,Guya ki, keçib elmdə Iran Firəngi.Çəkməz, ölə iranlı nə tiryək, nə də bəngi.Yox bircə nəfər Ənzəlidə, Rəştdə cəngiHər kəs də desə, öylə vurarlar sınar əngi!Bir söhbəti-fərman imiş Iran, nə bilim mən,Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.

Iranlı səsi çıxsa düşər lərzəyə əflak,Qeyrət, nə var iranlıda var, hamısı bibak,Hacı Molla Ələkbər kimi yox sahibi-idrak.Dərman üçün iranlıda olmaz kişi tiryak!Ağzı əgilər kim ki, bu sözdə ola şəkkak.Bir hakimi dövran imiş Iran, nə bilim mən,Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.

Mərdə gərək iranlıya versin bu cəmaət,Iranda göbək yazmağa yoxdur deyor adət.Bir yanda zavod, fabrika, bir yanda sənaət.Yoxdur nə şəqavət, nə bəxalət, nə ədavət!Bundan sonra iranlıya lazımdı itaət.Bir məsləki-insan imiş Iran, nə bilim mən.Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.

Iranlı da məntiq sözünü yaxşı qanırmış,Məntiqdən uzaq düşməyə zalım utanırmış...Tənqidi-qəzet al-verəni birgə sanırmış.Qəzi zərər etdikdə o biçarə yanırmış.Iranda bu cür qarpızı başlar yaranırmış...Başdan-başa fantan imiş Iran, nə bilim mən.Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.

Iranlı deyəndən böylə məlum olur əhval,Doxtur-zad imiş hər nə ki var küçədə həmmal.Yox bir nəfər İranda nə falçı və nə rəmmal.Iran da dirildi, dəxi çal təblini təbbal.Iranlıya bir can imiş İran, nə bilim mən,Bir guşeyi-rizvan imiş Iran, nə bilim mən,Zadeyi-şannan imiş Iran, nə bilim mənBir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ədirnə fəthi

6 pərdəli facieyi-inqilabi**İştirak edənlər

1 мин
Gözləri

Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –

1 мин
Aslan və Fərhad

Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,

44 мин
Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.

24 мин

Стихи других поэтов · Сатира