Bilirəm
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Leyk yazdıqların əsla eləməz xalqa əsər,Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,Yenə millət, babası getdiyi yol ilə gedir.Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Yazdığın daşları hərçənd kəbab etmədədir,Köhnələr indi də bicliklə savad etmədədir,Hamısı çəngü tərəb şürbə şitab etmədədir,Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.O ki, bir çoxları dövlətlilərinin zadəsidir,Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,Atası – lal, babası – əldə olan badəsidir.O qoduqlar hamısı qızların iftadəsidir.Onların dərdinə bir Anna dəvadır bilirəm,Millətə hər nə yazırsansa, rəvadır bilirəm.
Hər nə yazsan yeri var, yazma itilget sözünü,Iş məqamında görərsən hamı örtər gözünü.Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,Boş yerə çırmalanıb, ortaya tullar özünü.Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-bilirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu.Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi.
Türk Bədaye Teatrı yeni yol iləTürk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.
Q.Edelmanın konsertləri haqqındaDemək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.
“Gülən adam”ın əhəmiyyətiTürk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.
Стихи других поэтов · О родине
در غربتیم و سیر وطن می کنیم ما
Рубайят, 119ای فتنهٔ خاص ای بلای دل عامخورشید فلک روی تو را گشته غلام
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
GünüdüQəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.