Q.Edelmanın konsertləri haqqında
Demək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.
Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.
Xoşbəxtlikdən pianoçu Edelman bu xasiyyətlərə tam uyğun gəlmir, lakin yaradıcılığının bəzi məqamlarında “ideal” səviyyə ilə bərabərləşməsi bədbin meyldə özünü göstərir.
Edelman müstəsna texnikaya, heyrətamiz hərtərəfliliyə və son dərəcə yüksək ustalığa malikdir.
Bununla yanaşı, o bir məqsəd kimi texniki tərəfə çox qapılır və bunun nəticəsində səsin tembr əlvanlığı sozalır, səsin müəyyən ahəngdarlığı yeknəsəqləşir.
Hər halda heç kəs üçün sirr deyil ki, yeknəsəq səslər royalın külli miqdarda olan tembr imkanlarını özündə itirir.
Bax musiqisinin dinləyicilərə çatdırılmasında, pianoçunun özünəməxsusluğu, orqan səslənməsinin tembr bəsitliyində, fortopianino səslərinin yeknəsəqliyində özünü xüsusilə qabarıq göstərirdi.
Yeri gəlmişkən proqram haqqında. Məgər dahi Baxın ecazkar musiqisini Buzoni və Qodovskininki ilə qarışdırmağa ehtiyac varmı? Axı, hədsiz uzunçuluq və akrobatik çətinliklər ilə ağırlaşmış pyeslər məlahətini itirirlər...
Edelman çox gözəl ritmə malikdir! Bu yaxşıdır. Olmaz axı Şopenin “Polonez”i hərəkətin müxtəlifliyi imkanını tamamilə inkar edən və bununla birlikdə bu pyes – poemanın ümumi mənzərəsini pozan hər hansı mexaniki ritmilik əsasında qurulsun. Edelmanın piano ustalığının bu cizgisi “sadəlik” və “cəsarətlilik” adlanır. Bizcə, isə musiqidə bu sadələşdiricilik, yuxarıda dediyimiz kimi, formanın məzmundan qoparılması deməkdir. Edelman özünü Bethovenin əsərlərilə bizə təqdim edə bilmədi. Halbuki yabançı bər-bəzəkdən uzaq olan bəstəkar musiqisində dərin ifadə tərzini, temperamenti əsl musiqi mədəniyyətini göstərmək olardı.
Məgər bu vaxtadək bizə Ramo-Qordovski və Bax-Buzoni məhz estrada konsertlərindənmi təqdim edilməliydi?
Bizim zəmanəmiz estetizmə və əyləncəyə qapılmayan, ucuz, yalançı effektlərə yol verməyən incəsənət tələb edir. Bizə elə musiqi lazımdır ki, orada coşqun hisslər formal məqamlarda pərdələnməsin, birbaşa bizim şüurumuza təsir etsin.
Edelman – fikrin dar mənasında çox yaxşı virtuozdur. Onun ifasında forma məzmunu üstələyir. O, artistdən musiqi əvəzinə artillerik atışma tələb edən eybəcər estrada ənənələrindən uzaqlaşmalıdır. Tembr ahəngdarlığı və əsasən ifa etdiyinin mahiyyətini dərinləşdirmək üzrə iş cavan, hələ yetişməmiş artisti böyük səs ustalığına çevirə bilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-q-edelmanin-konsertleri-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I6 həziran tarixli “Kommunist”də möhtərəm Kazımoğlu deyir ki, “Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar”, Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır” deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var” deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazılarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz.
“Ölülər” əsəri haqqındaƏfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalib gəlmək istəyirlər.Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşılığa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş. İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.
İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsiBöylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar.Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük.
Mətbuat və ictimai həyatBu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır.Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir.
Стихи других поэтов
Yanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
روی دل را بسوی جان داریوین حکایت ز جهان نهان داری