Ədəbi mübahisələr
Страница 1 из 7
I
6 həziran tarixli “Kommunist”də möhtərəm Kazımoğlu deyir ki, “Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar”, Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır” deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var” deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazılarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz.
Möhtərəm Kazımoğlu ədəbiyyat tarixində ötədənbəri böyük filosofların mövzu bəhsi olub bu vaxta qədər aydınlaşmayan, “Sənət sənət üçündür”, “sənət həyat üçündür” prinsiplərini meydana sürür və ikincisinin daha doğru olduğunu təsdiqlə bu nöqteyi-nəzərdən “Uçurum”un “Sənan”dan daha həyati binaənəleyh, daha dəyərli olduğunu iddia edir. Əvvəla, biz möhtərəm Kazımoğlunun bu iki prinsipini nasıl izah etdiyini bir dürlü kəsdirə bilmirik. Ehtimal ki, möhtərəm Kazımoğlu “Sənət həyat üçündür” – şüarında “sənət”, “həyat” sözlərinin bir araya toplanması ilə onu “sənət həyatdan olmalıdır” kimi tələqqi etmişdir ki, bunun üzərinə ən gözəl əsər, sənət həyatdan götürülmüşlər, həyata yaxın olanlardır kimi bir məna çıxarır və “realist” “Uçurum”un romantic “Sənan”dan daha həyati olması hesabilə daha dəyərlidir deyir. Bizcə, burada bir yanlışlıq vardır. “Sənət həyat üçündür” prinsipi qətiyyən göstərilən mənanı ifadə etmir. Həm də belə olsaydı, ikinci prinsip nə demək olurdu. Əcəba? Biz şəxsən bu iki prinsipi belə anlayırıq.
“Sənət həyat üçündür” – sənət həyatı tərbiyə etmək məqsədini təqib etməli, sənət həyata yol göstərməlidir. Mövzular bir fikrin təbliği üçün intixab olunmalı və ən böyük diqqət də təbliğat cəhətinə verilməlidir və ən gözəl əsər sənətdə böyük fikirlər ifadə edənlər, insanlığı tərbiyə məqsədilə yazılanlardır. Binaənəleyh oxuculara, seyrçilərə, dinləyənlərə bir dərsi-ibrət verməyən əsərlər əsəri-sənət
olmazlar. Beləliklə, “sənət həyat üçündür” prinsipi tərəfdarı olan Kazımoğlunun şüarını belə bir məna ifadə etməsi üzərinə nasıl olur da “Uçurum”u “Sənan”dan dəyərli gördüyünü anlamayırıq.
“Sənan” yeni də olmasa, hər halda ötəndənbəri söylənmiş bir çox əhəmiyyətli, əsaslı fikirləri toplayıb yeni kimi meydana çıxarır. O dinlərin bir ixtilaf qaynağı, mənbəyi olduğunu iddia edir. Allah da, Kəbə də, həp gözəllik eşq və sevgi olduğunu anladır, əlavə islam ruhanilərinin və xristian papaslarının fəsadlarını və bunların nəticələrini meydana çıxarır və yeri gəldikcə, daha bir taqım ibrətamiz fikirlər ifadə edir. “Uçurum”da nə var, əcəba! Hər halda bunların heç birisi bəlkə də bir taqım şeylər söylənmək istənilmiş də məəttəəssüf ifadə edilmişdir ki, bu xüsusda irəlidə söyləyəcəyik. Deməli, Kazımoğlunun tərəfdar bulunduğu-şüar nöqteyi-nəzərilə “Uçurum” “Sənan”dan dəyərli olmayır.
İndi keçəlim ikinci “sənət sənət üçündür” prinsipinə. Burası gələcək yazımızla əlaqədar olduğu üçün üzərində bir qədər durmaq istərdim. Bizcə, bu şüar belə izah edilməlidir. Sənət ibrət və dərs vermək, yol göstərmək və ümumən bir şey öyrətmək vəzifəsini daşıyırsa, sənət dərsi ibrətverici, öyrədici əsərlər o zaman fəna bir natiqin mitinqlərdə söylədiyi ibrətamiz və doğru sözlər, o zaman bir müəllimin sinifdə verdiyi riyaziyyat dərsi ən böyük bir əsər sənət olmasın, halbuki, onlar fəhvasız və müəmmasız açıq-açığına öyrədirlər. Digər tərəfdən, bir Rafaelin, ya başqa bir rəssamın Cakondaları, madonnaları, bir Bethovenin musiqiləri kimsəyə bir şey öyrətmirlər. Eyni halda kimsə onların bir əsər sənət olduqlarını inkara cəsarət edəməz, bu vaxtadək etməmiş də. Bunun üzərinə yerli olaraq iddia edirlər ki, bir əsər bir fikir ifadəsi üçün yazılırsa o artıq sənət və ədəbiyyat deyil, bəlkə də fəlsəfədir.
Sənət və ədəbiyyat dəftərçələrindən ayrılıb fəlsəfə kitablarına girməlidir. Sənət isə bir ibrət üçün olmayıb, bəlkə sənət üçün olmalıdır.
Bu qənaətdə olanlar deyirlər: mən fəlsəfə dərsi, ibrət-filan bilməm, gördüyüm şey məni mütəəssir edirsə, həmin fırçamı alır, olduğu kimi təsvir edərəm. Canlı olaraq yaradaram.
Zatən ədəbi əsərlər də fırçası qələm olmuş rəsmlər deyillərmi?
İşdə burada da de Monassan kimi yazıçılar çıxıb deyirlər: mən həyatdan bir parça alıb bütün çılpaqlığı ilə, bütün mənfi və müsbət cəhətləri ilə, bütün qəhqəhə və göz yaşları ilə, fəlakət və dəhşətləri ilə, gözəllik və sevincləri ilə olduğu kimi təsvir edəcək, yaradacaq və bütün üryanlığı ilə canlı, diri həyatı oxuculara təqdim edəcəyəm.
Oradan bir fikir çıxdımı? Çıxmadımı? İbrət alındımı, yoxmu? Borcum deyildir. Bir fikir doğurursa, yaxşı, doğurmursa daha yaxşı (təbiidir ki, həyatı bütün üryanlığı ilə görən bir oxucu onun bütün müsbət cəhətləri o gözəl nəticələri ilə bərabər, fəna hərəkətləri öz fəlakətli nəticələri ilə görən oxucu düşünürsə, orada ibrət də, dərs də ala bilər, fikir du bula bilər).
Fəqət bir fərq var ki, burada bir fikir üçün bir həyat çox vaxtda süni, qeyri-təbii bir həyat yaradılmayıb, bəlkə yaranmış bir həyatdan, təbii və açıq bir həqiqətdən bir fikir alınır.
Burada əsas fikir və ibrət dərsi olmayıb, bəlkə əsas sənətdir. İştə bu nöqteyinəzərlə yazan de Mopassanların bu gün Qərb ədəbiyyatında sənətkarlıqlarını kimsə inkar edə bilmir və hər kəs də onun sənət və dühasını təqdir edər. Başqa cür ola bilməz, çünki bu adamın əsərini oxuduqca, göz önündə bir həyat zahiri əhvaliruhiyyəsi, iztirabları bütün incəliklərinədək təbii və həyati təsvir edilmiş, yaradılmış canlı adamlar zahir olurlar ki, bu təbiilikdən, bu sənətdən insan zövq almaya bilməz. Oxucu vəqədən o qədər mütəəssir olur ki, gah gülür, gah da yeri gəldikcə, kəndisi bilmədən belə, bilaixtiyar göz yaşları tökür, oxucuda bu, ya digər hal vücuda gəlir bir həyəcan doğur.
Bizcə, ən gözəl əsər, sənət oxucularda, seyirçilərdə, dinləyicilərdə hər həyəcanbədii oyandıra bilən əsərlərdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-edebi-mubahiseler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Parapetdən Şamaxı yoluna qədərParapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Стихи других поэтов
Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
با یار جفا جوی پس از هجر درازکردم به تلطف سخن وصل آغاز