Ədəbi mübahisələr
Страница 2 из 7 · 14%
II
Burada bir şəxsiyyət və qeyri-şəxsiyyət məsələsi də vardır ki, bizcə, yuxarıdakı iki prinsipin mübarizəsi zamanı doğmuşdur. Bir yazıçı öz əsərlərində görünməlidirmi? Bu ya digər qəhrəmanı müdafiə ilə müəyyən bir fikir söyləməlidirmi? “Sənət sənət üçündür” vəsilər tərəfindən bu da rədd olunur. Yazıçı öz əsərlərində qətiyyən görünməməlidir... O oxucuların əhvali-ruhiyyələrinə, fikirlərinə, mühakimələrinə bu ya digər fikri tərvic, bu ya digər qəhrəmanı haqlı göstərmək üzrə təsir etməməlidir. Onlarca: sadəcə həyat yazılmalıdır. Yazılmış həqiqətlərdən kim nə anlayırsa özü bilsin, hansı qəhrəman haqlı ya haqsız bulursa yenə özü bilər. Iştə timsal üçün gətirdiyimiz de Monassan da, həmçinin Flober və başqa böyük yazıçılar da yalın həyat göstərir. İnsan acı həqiqətləri görər, nöqsanları duyar, ağlar, gülər. Fəqət heç bir yerdə yazıçını görə bilməz. Əsərin bir yazıçı tərəfindən yazıldığı belə hiss edilməz. O, yaratdığı canlı həyatın, acı həqiqətlərin dumanlıqlarında, kölgəliklərində itər, gedər. Bunlar həp möhtərəm
Kazımoğlunun rəyinə istinad etdiyi Tenin “ədəbiyyat cəmiyyətləri ifadeyi-hal və keyfiyyətidir” təbiri də bu nöqteyi-nəzərdən yaklaşmaq istərik-Ten yuxarıdakı cümləsində nə demək istəyir? O deyir ki, ədəbiyyat ətrafındakı həyatı, cəmiyyətin nasıl yaşadığını, nə fikir daşıdığını, ətrafdakı insanların, xalqın, cəmiyyətin adətlərini, ənənəatını, xüsusiyyətlərini, əhvali-ruhiyyəsini olduğu kimi təsvir və ifadə etməli, bir kəlmə bütün mühit dəftərlərə köçürülməli və nəticə etibarilə “ədəbiyyat cəmiyyətlərin ifadeyi-hal və keyfiyyatı” olmalıdır.
Belə olmalıdır ki, Qafqaziyada bir nəfər Floberin “Madam Bovari”sini oxucuya əvət Fransada belə bir həyat vardır, – deməyə haqlı olub, Fransa həyatı xüsusunda, oradakı cəmiyyətin və ondakı qaim fikirlər, insanların məişəti, əhvali-ruhiyyələri xüsusiyyətləri barəsində qəti bir fikir hasil edə bilsin. İştə bizcə, Ten yuxarıdakı təriflə göstərdiyimiz mənanı ifadə etmək istəyir. Biz bu təbirin mükəmməl olub-olmaması xüsusunda məqaləmiz üçün ehtiyac görmədiyimizdən durmaq istəməyirik. Çünki bir cəmiyyəti deyil, ayrıca təbiəti, bir gözəl yaşıl təpəni, bir fırtınalı dənizi təsvir edən, ya təbiətin bu ya digər gözəlliklərini ifadə edən bir əsər sənəti deyildir, denilməz. Nə isə burasında bəhsə lüzum verməyib Tenin təbirini qəbul ilə mətləbə keçəlim. İndi biz bu nöqteyi-nəzərdən Cavidin əsərlərinə yanaşalım.
Əcəba Cavidin hankı bir əsəri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin, xüsusilə Azərbaycan türk xalqının ifadeyi-hal və keyfiyyətidir. Qoy bir nəfər çıxsın və barmağını uzadaraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadə, hal və keyfiyyətidir, söyləsin. Bunu kimsə deyə bilməz. Biz “Zəhmət”dəki tənqidin bir çox yerləri ilə şərik deyiliksə də, “Cavidin yazdığı əsərlər get-gedə həyatdan uzaq olmağa başlamışdır” deməsini də bu nöqteyinəzərlə olduğunu etimal ilə sabit edirik.
Yaşadığımız aləm həyatın ən parlaq bir məkəsidir.
Belə olunca ən yaxın aləm, həyati-xaricdən alınacaq təəssürat qaynağına ən yaxın ətrafındakı mühit deyilmidir?
İştə bu nöqteyi-nəzərlə Cavidə yanaşınca elə təsir bağışlayır ki, guya Cavid heç bir vaxt içində yaşadığı mühitdən maraqlanmamış, ölkəmizin, xalqımızın rəngarəng həyat və məişəti onu heç bir vaxt mütəəssir etməmişdir. Biz onun heç bir vaxt xalqımızın fəryadları ilə inlədiyini, xalqımızın sevincləri ilə güldüyünü görə bilmirik.
Zatən bir şair də xarici təəssüratı yaşadığı mühitdən deyilsə, nərədən ala bilər, əcəba?
Gözünün önündə xalqımız bir çox mübarizə dövrləri keçirmiş, məhkumluqda xırpalandığı, hüququ tapdandığı vaxtlar olmuş, fəqət buna qarşı Cavidin “burak məni hayqırayım” – deyə coşduğunu, sızladığını, ağladığını görə bilmərik. Xalqımızın bir çox matəmləri, bir çox bayramları olmuş və olurkən Cavid bunların həpsinə soyuqqanlılıqla baxır, heç qımıldanmır da. Yalnız harada isə xəyalı bir afət bulur, onu bulvarlarda öpüşdürür. İştə bu qədər...
O zaman nəyə lazım bir şairin atəşlər yağdırmağa müqtədir qələmi? Bizcə, xalqımız sənətxanələrdə, dəzgahlar önündə çalışarkən, ocaqlar qabağında ağır çəkiclərini zindanlara çırpırkən Cavidin yanında görməli və “Yan ocağım, can göstər” deməsilə şirin-şirin oxşayışlarından qüvvət almalıdır. Xalqımız qanlı cəbhələrdə haqq, hüquq mübarizəsi aparırkən Cavidin yanında görməli və dadlı oxşayışlarından qüvvət və cəsarət almalıdır. Xalqımız yas günlərində əsirliyə, əzilməyə məhkum qalır. Səssiz-sözsüz ağlayırkən və ümumi fəlakət və haqsızlıq sükutu içindən Cavidin “Bir vulkan kimi partlayıb”, “burax məni haykırayım” – deyə qopardığı fəryadları ilə öz kədərini əks etdirməli, hal və keyfiyyətini anlatmalıdır.
Halbuki, bunlar Caviddə yox. Əcəba, bütün dühasının əsası həssaslıq olan bir şair duyğusu yox – söylənilməz, nə olur əcəba? Nə olursa-olsun, hər halda Cavid burada, Azərbaycanda yoxdur. Türkiyənin ziyalı olaraq, daha doğrusu, planetlərin birindən əsərləri üçün mövzu arayır. Ona Azərbaycan mövzuları əl vermir. Halbuki, söylədiyimiz kimi ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bəyan edənlərdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-edebi-mubahiseler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Parapetdən Şamaxı yoluna qədərParapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Стихи других поэтов
Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
با یار جفا جوی پس از هجر درازکردم به تلطف سخن وصل آغاز