Ədəbi mübahisələr
Страница 3 из 7 · 29%
III
Burada deyə bilərlər və deyirlər də ki, pəki Cavid Azərbaycan məişətini yazmayır, İstambul həyatını təsvir edir. “Uçurum və sairədəki vəqələr də İstambulda cərəyan edir. Bəlkə də oranın bəyan hal keyfiyyətidir.
İştə ən mühüm məsələ də burasıdır. Cavid kəndisi azərbaycanlı ikən, Azərbaycanda yaşayırkən, burada təsvir üçün bir həyat, ya bir tip bulmayırmı? Azərbaycan həyatından bir mövzu götürə bilmirmi? Nəhayət, Azərbaycanda həyat yoxmudur? Bizcə, bunların heç birisi deyildir. Cavidin Azərbaycanda oturub Istambuldan yazıyoram deməsinə iki səbəb ola bilər. Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün quraşdırıyor ki, yaradacağı süni həyat üzərinə “azərbaycanlılar Türkiyəni bilmiyorlar, bəlkə də orada həyat belədir” – deyə susacaqları fikrilə mən Türkiyədən yazıram deyə, bizdə belə həyat yoxdur, deyən xalqdan yaxa qurtarmaq istəyir və yaxud İstambulda oturub da dövrəsindəki həyata göz yumub düxtəri-hindu, Atilla və sair əsərləri ilə Hindistanı, Avstriyanı daha bilməm nərələri təsvir edən yazıçılara təqlid etmək, ediyor və hələ də onların təsirindən yaxa qurtara bilməmişdir.
Göz önündə hər gün gördüyü tatyanaları buraxıb da, Fransadan, bilməm İtaliyadan bir taqım şeylər yazan yazıçılar rus ədəbiyyatında da ümumən hər millətin ədəbiyyat tarixində yox deyildir. Fəqət bu yazılar bir Tatyana, bir Onegin qədər yaşayamayırlar. Biz Lermontovu götürsək ki, hər yerə getmişsə bulunduğu mühiti təsvir etmişdir ki, ona görə də çox zaman Qafqaziyada bulunduğu üçün oradan aldığı təəssürat üzərinə yazdığı əsərləri oxuyanlar Qafqaziya xalqı, onun həyat və məişətini, adət və ənənələri xüsusində Cavid oxucularından daha çox və daha doğru məlumat və təəssürat ala bilərlər.
Burada başqa bir etiraz da ola bilər. Deyərlər ki, neçün sən bu qədər dar bir Azərbaycan çərçivəsinə soxulmuş da, kənara çıxmaq istəməyir və Cavidi də kəndin ilə bərabər o çərçivə arasında boğmaq istəyirsən. Cavid 70-80 milyonluq türk dünyasını təsvir etmək və ya bəşəri simaları yaratmağa çalışır. Ona görə də onun yazıları da Azərbaycan həyatını təsvir etməyə bilər, bu bir nöqsan da olmaz. Belə olsaydı, biz bu fikir ilə şərik olardıq. Xüsusən nə Türkiyəyi, nə Türküstanı və başqa türk ölkələrini şəxsən görmədiyimiz və ancaq uzaqdan-uzağa xüsuslarından məlumat aldığımız üçün “Əvət ola bilər Cavidin təsvir etdiyi həyat Türkiyədə, ya Qırğızistanda vardır, ola bilər. Cavid bəşəri əsərlər yazmaq istəyir də, ona görə dar Azərbaycan çərçivəsində yaşaya bilmir. Onun fikir dühası daha geniş fəzaları qucmaq, əhatə etmək istiyor” deyə susardıq. Fəqət müttəəssifanə bunu da qəbul etməyəcəyik. Çünki Cavidin əsərlərində adətən həyat olmadığı kimi, elə nöqtələri də vardır ki, bizi belə düşünmək imkanından məhrum buraxır. Biz Cavidin mümkün olursa bütün əsərlərini məhdud qüvvəmiz daxilində ayrı-ayrı təhlil etmək istəyirik. Fəqət burada yeri gəlmişkən yuxarıda söylədiyimiz məsələ ətrafında Cavidin bütün əsərlərində mövcud və hamısı üçün ümumi olan bir neçə nöqtə göstərəcəyik ki, bu nöqsanların olması ilə Cavid həyatın, ya tiplərinin heç bir yerdə, xüsusilə, nə Türkiyədə, nə də başqa bir türk ölkəsində mövcud olduğunu qəbul etmək olmaz.
Cavid türklük əhvali-ruhiyyəsini, onun xüsusiyyətlərini adət və ənənatını deyil, olduğu kimi təsvir etmir. Hətta çox vaxt bu həqiqətlərin xilafına yazır ki, bunun üzərinə bəzən türkliyə həddindən ziyadə yaxşılıq, bəzən də bir türkün qətiyyən yapamayacağı hərəkətlər vücuda gətirir ki, bir çoxları türklərdə belə şey olmaz – deyə haqlı olaraq etirazdan kəndilərini alamıyorlar. Bunu isbat üçün biz Cavidin əsərlərindən bir qaç timsal göstərmək istəyirik. Fəqət bundan əvvəl məram aydın olmaq üçün ufaq bir timsalla məsələyi izah edəlim.
Bəlli şeydir ki, hər şəxsin olduğu kimi, hər millətin, hər qövm və irqin də kəndisinə məxsus xüsusiyyəti vardır ki, bu xüsusiyyət heyət ümumiyyəsilə onlarda bulunur və o millətdən bir nümayəndə təsvir edərkən götürülən tip bu xüsusiyyətlərə müxtəlif hərəkətlər də bulundurularsa, o yazıçı, o milləti anlamamış deməkdir. Məsələn, həbəşlərdə xüsusi, təbii bir hal vardır. Onlar müəyyən bir dərəcəyə qədər hətta avropalıdan daha çox istedad göstərərək oxuyub öyrənirlər. Fəqət müəyyən bir hüduda varınca durur, öldürsələr də, bir kəlmə artıq öyrənəməz, bir addım irəliləməzlər.
Başqa daha yaxın bir timsal: hər kəsə bəllidir ki, türk xilqətən, ruhən igid, alıcı bir əsgərdilər. Fransadamı, Türkiyədəmi, Türküstandamı bir kəlmə, nərədə olursa olsun, igid bir əsgərdir. Bəlkə də türk ordusunda bir-iki, beş-on qorxaq bulunur. Fəqət türk ordusu təsvir edilərkən bunlar nümunə götürülməzlər. İstisnalar bir tip olmaz, tiplər heyətiümumiyyənin nümayəndəsi olmalıdırlar. İndi bir yazıçı türk ordusundan təsvir etdiyi bir əsgəri qorxaq yaradırsa və Türküstanda türk əsgəri belədir – deyirsə, mən Türküstanı görmədiyim halda onun dediklərini qəbul etməm və kəmali-cəsarət və qeyrətlə: “sən türklüyü anlamayırsan” – söyləyərəm. Çünki igidlik, igid və fədakar bir əsgər olmaq türkün əsas sifəti, xüsusiyyətidir. Sənin yaratdığın hər halda türk deyildir. Burada daha aydınlıq üçün Şekspirdən ufaq bir timsal ilə Cavidin əsərlərinə keçəlim. Hər şeydən əvvəl söyləyəlim ki, bir rəssam, bir yazıçı təsvir etdiyi bir şeyin əvvəlcə əsas sifətlərini, xütut əsasiyyəsini götürməli və onun ətrafında ufaq xətlərini çəkməlidir. Möhtərəm Kazımoğlunun xüsusi mübahisəmiz zamanı söylədikləri bir şir çəkmək istəyən bir rəssam ilk əvvəl onun xütut əsasiyyəsini bulmalı, məsələn, əli, qüvvətli bir köks, qalın biləklər, iti xonxar dişlər, müdhiş və yırtıcı caynağını, əzici, mühib gözlərini xütut əsasiyyə olmaq üzrə qeyd edər və bunun ilə də əsasən rəsmin mühüm qismi bitmiş olur. Sonradan bunun ətrafında ufaq xətlərini çəkər. Ədəbiyyatda da belə olmalıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-edebi-mubahiseler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Parapetdən Şamaxı yoluna qədərParapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Стихи других поэтов
Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
با یار جفا جوی پس از هجر درازکردم به تلطف سخن وصل آغاز