İran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:

– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.

Biçarə bir qədər mat-mat üzümə baxıb soruşdu:

– Nə səbəbə? – Dedim:

– Səbəbi budur ki, sən bu gün nitq söyləyən vaxt bir neçə söz danışdın, o sözlər bizim naxçıvanlılara xoş gəlməyəcək.

Yazıq yenə mat-mat üzümə baxıb soruşdu:

– Nə söz danışdım? – Dedim:

– Sən nitq söyləyəndə buyurdun ki, “ey müsəlman qardaşlar, gözlərinizi açın, diqqətlə baxın, görün biz nəçiyik, özgə millətlər nəçidirlər?

Biz harada qalmışıq, onlar harada qalıblar?” Və axırda bu cür dedin ki, “müsəlman qardaşlar, əl-ələ verin, elm oxuyun və adam olun”.

Biçarə Mirzə Cəfər çox təəccüblü məndən soruşdu:

– Xub, bu sözlərin naxçıvanlılara nə zərəri? – Dedim:

– Bəradərim, heç ömründə qurbağa görübsən? – Dedi:

– Görmüşəm. – Dedim:

– Bir yaxşı mülahizə elə gör, qurbağalar necə adama oxşayırlar. – Dedi:

– Bu sözlərin mətləbə nə dəxli var? – Dedim:

– Naxçıvana gedəndə duyarsan.

Bir qədər keçmədi ki, eşitdim Mirzə Cəfər gedib Naxçıvana. Özözümə dedim: “Bay, biçarə, evin yıxıldı”. Sonra da eşitdim ki, Naxçıvan müsəlmanları, yainki müsəlman naxçıvanlıları (çünki rəvayət müxtəlifdir: biri deyir Naxçıvan müsəlmanları, biri deyir müsəlman naxçıvanlıları) – bəli, eşitdim ki, Naxçıvan vilayətində yaşayan vücudları əziz müsəlman qardaşlar gedib hökumətə “şeytançılıq” eləyiblər ki, Mirzə Cəfər Tiflisdən gələndə cibinə bir nüsxə “Həblül-mətin” qoyub, gətirib Naxçıvana. Hökumət məmurları “şeytanlar”dan soruşublar ki, “Həblül-mətin” nədir və “ağa”lar cavab veriblər ki, “Həblül-mətin” bomba kağızıdır.

Sonra da eşitdim ki, polis məmurları gəliblər Mirzə Cəfərin mənzilini axtarıb “Həblül-mətin” ruznaməsi nüsxəsini tapıb, bəratəlqol yazıblar və ruznaməni üç vərəq kağıza büküb, üstünə peçat basıblar və altı nəfər qaradovoyun köməkliyi ilə aparıb, naçalnikin divanxanasında həbs ediblər.

Hər kəs bir dənə qurbağanı əlinə götürüb diqqətlə baxsa, görər ki, qurbağa həqiqətdə insana çox oxşayır.

Dəli

“Molla Nəsrəddin”, 5 avqust 1907, №29

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Halal

Axır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik.Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram.

3 мин
Zülm

Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:

2 мин
Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

3 мин
Papaslar

Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

3 мин

Стихи других поэтов · Сатира