Təfavüt
Qubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.
Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.
Bəh-bəh, nə böyük təfavüt!
Orada kilsə dağılır, yerinə tramvay tikilir.
Amma burada qubalılar üçün calallı bir məscid təmir olunur.
Fəda olum sənə, ey məscid və minbər sahibi!
Şükür olsun sənin kəramətinə, ey gözəgörünməyən pərvərdigar! Bəli, söhbət təfavüt üstündədir.
Burada Şeyx Qəni axundun mərifəti ilə dörd dənə gözəl qübbəli bir günbəz asimana bülənd olub, Şamaxı məhəlləsini zinətləndirməkdədir. Möəzzin də hər gün zöhr vaxtı minarəyə üruc edib, bisavad Quba camaatını səlat üz-zöhrə hidayət edir.
Bir yanda da binamazların evlərinin üstündə uca dirəklər basdırılıb və dirəklərin başlarına məftil keçirilibdir ki, bunların vasitəsilə bir radio əməli düzəldiblər ki, burada Bakıda əyləşə-əyləşə Moskva və Londonda danışılan sözləri eşidə bilirlər.
Bunlar hamısı keçib gedər. Mənim söhbətim yenə təfavüt barəsindədir.
Yəqin ki, damların üstünə radio məftilləri çəkənlər uzaqdan durub qubalıların məscidində minarədən ramazan ayının quyruğunu güdənlərə baxıb, onları dəli-divanə hesab edirlər.
Yenə yəqin ki, qubalılar məscidinin möminləri də ramazan ayını minarədən güdən zaman binamazların damlarının üstündə qurulan radio dəstgahlarını görəndə onları dəli-divanə hesab edirlər.
Demək – bunlar onları.
Onlar bunları.
Bunlar onları axmaq hesab edir,
Onlar bunları dəli hesab edir.
Qoy bunlar onlara nə deyir, desin, bu işlərin hamsısı Allah yanındadır. Xudavəndi-aləmin lənəti o kimsələrə olsun ki, mahi-mübarəkiramazanın gözəl-gözəl ibadət və etikafını buraxıb, gedib bir para şeytanat işlərilə övqatını zaye edirlər ki, nə bilim, radio belə gəldi (Marfoni) elə getdi (Qiyori) filan oldu, filan da bəhməkan oldu.
Allah (Marfoni)yə də lənət eləsin, (Qiyori)yə də lənət eləsin. Bütün radio oyunbazlıqlarının hamısını satsan orucluğun bir saatının feyzini ələ gətirə bilməzsən.
Ay bədbəxt!
Lağlağı
“Molla Nəsrəddin”, mart 1926-cı il, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-tefavut-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.
İspalkom imtahanıHəmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq.“İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir.
Dəmir yolDünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar.Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı.
Maarif işləriMəktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür.Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək.
Стихи других поэтов · Сатира
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.