İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.

Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.

Pulları yığıb qabaqca bilmədilər kimə tapşırsınlar ki, pullar salamat qalsın, axırda fikirləşdilər və belə məsləhət gördülər ki, pulları sayuza tapşırsınlar, çünki sayuzun ağzı və dişi yoxdur ki, pulları yesin.

Elə də elədilər.

Axırda pul tapşıranlar başladılar pulları istəməyə ki, kitab alsınlar. Bu gün-sabah, bu gün-sabah. Axırda məlum oldu ki, pullar yeyilib; a kişi, necə yeyilib, belə şey olarmı? Bəli, belədir, yeyilib.

Di gör bəxtnəndi, ya yox: insanın ki, bəxti oldu, dişli-ağızlı adam da onun pulunu yeməz, amma bəxti ki, olmadı, onun pulunu sayuz da yeyər, hələ bəlkə mayuz da yeyər.

Lağlağı

“Yeni yol”, 12 sentyabr 1923, №28

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира