Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,Ahu nəzərin var!Vey sərv, nə xoş can alıcı qəmzələrin var,Həm işvələrin var!Aldatdı cavanlarımızı nazü kirişmin,Firuzeyi-çeşmin!Xurmayı saçında nə bəla təlxi-bərin var,Zəhrin, şəkərin var!Başdan ayağa şəhd kimi safsən, ey şux,Şəffafsan, ey şux!Amma məkəsi-nəhl kimi niştərin var,İncə kəmərin var.Əbnayi-vətən vəqf eyləyir vəslinə canın,Həm ruhi-rəvanın,Hətta qocalardan da neçə bəxtəvərin var,Yaxşı xəbərin var.Etdin saçını "qufravat," vurdun üzə "rumyan" --Cövlan elə, cövlan!Bir ev nə münasib sənə, hər evdə yerin var,Hər yerdə ərin var.Ancaq demə tacirlərə eşqin əsər etdi,Divanəsər etdi.Amillərə tüccardan artıq əsərin var,Fəthin, zəfərin var.Məktəblilər içrə deyil az söhbəti-ruyin,Keyfiyyəti-muyin.Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,Aşiftələrin var.Qafqazlı müsəlmanlar edərsə səni qaib,Fikr etmə əcaib.İranlı müsəlmanları tək əbdi-dərin var,Min dərbədərin var.Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,Didarına müştaq.Məsciddə dəxi bir neçə xuninciyərin var,Şuridəsərin var.Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,Uydu sənə İslam?!Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,Dildadələrin var.Aşiq arayıb aləmi seyr eylədin amma,Xeyr eylədin amma,Bir zövci-həlal ilə dolaşsan zərərin var,Xovfin, xətərin var.Hər xami-təmə aşiq ilə ülfətin olmaz,Ünsiyyətin olmaz;Varın yox edən sərxoşa əvvəl nəzərin var,Sonra həzərin var.Gövhər saçılır, zər saçılır yar yolunda,Dildar yolunda.Ey bəhr, sanırsan sənin ancaq gühərin var?Vey kan, zərin var?Hop-hop, demə bixud ki, mən uydum o nigarə,Bax əhli-diyarə.Ey qafil, özündən sənin ancaq xəbərin var!Xunabi-tərin var,Dərdin, kədərin var,Çox dərdi-sərin var,Bu köhnə başındaTazə xəbərin var.

Millət belə batdı,Ümmət ilə yatdı.Xud, söylə, ay axmaq?Daşı kim oyatdı?Dinmə, xətərin var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви