Qəzalarda yol məsələsi
“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.
Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.
Söhbət burada idi ki, qəzalarda kəndlə kənd arasında çəkiləcək yollara kənd əhalisi özü gərək kömək versin, nəinki əlini əlinin üstünə qoyub gözləsin ki, görüm nə vaxt mərkəzi hökumət pulları kisələrə doldurub gətirib kəndlilərə paylayacaq və bir az da yalvaracaq ki, durun özünüzə yol qayırın.
“Kəndli qəzeti” də məsələni bu mənada həll eləmək istəyir və deyir ki, kənd arasında yolları təmir eləmək barəsində kənd əhalisinin özündən də hərəkət və təşəbbüs olunsun və əgər belə olmasa, tək bircə hökumətin öhdəsinə bu vəzifəni qoymaq olmaz; necə ki, dünyada heç bir məmləkətdə də görsənməyib ki, hökumət kəndlərin təmir olunmuş yolunu hazırca gətirib kəndlilərin ovucuna qoya.
Amma burada elə bir nöqtə var ki, ona lazımınca diqqət olunmayıb; onunçün mən möhtərəm qareləri məsələdən hali etmək niyyəti ilə bu aşağıdakı bir neçə sətri burada dərc etmək istəyirəm.
Yol söhbətini ortaya salan heç bir qələm sahibi gərək unutmaya ki, yol deyəndə biz gərək bunu mülahizə edək ki, aya sən hansı yolu deyirsən?
Sən gərək bunu yadından çıxarmayasan ki, söhbət Azərbaycan torpağı yolları barəsindədir. Azərbaycan əhalisi – necə ki, məlumdur,
– müsəlmandırlar və bunlara Allah-taala tərəfindən müəyyən yol göstərilib və o yolu bizə Allah-taalanın peyğəmbəri seyyidül-mürsəlin müəyyən surətdə nişan veribdir; o yolun adı siratül-müstəqimdir.
Ehdina siratül-müstəqim, bari pərvərdigara, biz yazığıq, rəhmin gəlsin bizə, bizi cəhənnəm oduna giriftar etmə, bizi düz yola hidayət elə; bizi o yola tuş etmə ki, onu Şura hökuməti bizə göstərir. Bizə nə araba yolu lazımdır, bizə nə avtomobil yolu lazımdır, bizə nə dəmir yolu lazımdır. Bizi hidayət elə haman yola ki, siratəlləzinə ənəmtə əleyhüm; o yolu göstər ki, iman əhllərinə göstərmisən.
Yoxsa bizə traktor yolu lazım deyil.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 oktyabr 1927, №43
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qezalarda-yol-meselesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Amma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
MətbuatMisirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.
Zəncir“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
QoqolBu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
Стихи других поэтов · Сатира
Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış
Bir əsridi çıxmışdı ki, meydanə pristavBir əsridi çıxmışdı ki, meydanə pristav,Mexluqu gətirmişdİ bütün canə pristav,
Ə. Qəmküsar bəradərimə cavab“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –Məktəbli çocuqlar da bilir kim, bu xətadır;