Ta gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.Ya deyirik işləri samanlayaq, –Məclisi-ə’yanda1 vurur tək səbir.İstəyirik bir iş açaq filməsəl,Söyləşirik bir-iki il laəqəl,Ta deyilir pul verin, aşsın əməl, –Ölkədə, hər yanda vurur tək səbir.Yalxı bizi eyləməyib mübtəla:Səfheyi-Qafqazı tutub bu bəla;Qaxda, Qazaxda, Şəkidə bərməla,Şişədə, Şirvanda vurur tək səbir.Lakin o yerlərdə gedir, durmayır,Bir elə layiqli kələk qurmayır,Gəncədə derlərsə vurur, vurmayır,Oylə ki, Səlyanda vurur tək səbir.Andıra qalmış nə yaman səslənir!Söz deməyə vermir aman, səslənir!Ox atılır, sanki kaman səslənir!Sahəti-meydanda vurur tək səbir.Hərzə nə şura və nə məclis bilir,Nə düşünür yaxşı, nə bir pis bilir,Qorxmur, utanmır, nə də bir his bilir,Hücrədə, dükkanda vurur tək səbir…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира