Qardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,Dünya üzü elm ilə bu gün rəşki-cənandır.Afaqı işıqlatmış iyirminci qərinə,Məğriblilərin yer üzünə hökmü rəvandır.Bəsdir bu qədər qəflət ilə yatdın, əzizim,Allahı sevərsən, bir ayıl, yatma, oyan, dur!Diqqətlə öz əhvalına bir dəm nəzər eylə,Billah, bu qədər qəflətin əncamı yamandır.Din getdi, vətən getdi, dəyanət unuduldu,İslamdan ancaq quru ad virdi-zəbandır.İslama yaraşmaz bu qədər iczü-rəzalət.Bica yerə islam adını qoyma, yalandır.İslam olanın elmü kəmalı gərək olsun,Əslafımızın şöhrəti məşhuri-cəhandır.Türk oğlu, müsəlman balası cahil olarmı?Billah, belə eybi daşımaq xeyli girandır.Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz,Fitrət dəyişir, sanma bu qan yenə o qandır.Quran buyurubdur bizə alim gərək olmaq,Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.Qanuni-həyatdır: yaşamaz cahil olan qövm,Səy eylə oxu, qeyrət elə, qardaş, amandır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bədbəxt ailə

Kars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:

19155 мин
Qaragünlü Həlimə

Qış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.

6 мин
Yol verin!

Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!

19121 мин
Aclıq davası

Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra

19121 мин

Стихи других поэтов · О мудрости