Əzrailə satdım
Dəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Səbrim sona yetdi, «O səda» gəlmədi göydən,Axırda mən öz Surumu İsrafilə satdım.
Bir can mənə qalmışdı miras lütfi-Xudadan,Bir parça çörəkçün onu Əzrailə satdım.
Ahımda Segah inlədi, gah Şuru Çahargah,Hər ahımı od qiymətinə Habilə satdım.
Qısqandı gözüm yaşına ümman quruduqca,Rəhm eylədim ümmanə gözümdən gilə satdım.
Bir yaxşılıq etdimsə, onu faş elədim tez,Yəni ki, səvab bir əməli, batilə satdım.
Eyhamlı sözümdən doğular bir neçə məna,Eyhamımı sərraflara hamilə satdım.
Qabil kimi, qardaş qanı tökdüm, öz əlimlə,Qardaş meyidin, «göy katıza» qatilə satdım.
Bir pullu Əbu-Cəhl gəlib çıxdı ərəbdən,Öz doğma atam mülkünü, ol cahilə satdım.
Bu dəhr bazarında ömür yaxşı gedirmiş.Pünhan, o səbəbdən onu ildən ilə satdım.
26 iyun 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-ezraile-satdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Varlığımdan bezmişəm, bir olmayan var istərəm,Yoxluğumdan gərçi bezsəm, həqqdən dar istərəm.
Barmağa dünya dolanıbDəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.
Dınqıl sazımAşiqəm, yoxdur sazım – dınqıl sazım, dınqıl sazım,Bülbüləm solmuş yazım – dınqıl sazım, dınqıl sazım.
Səndəndi, ya məndəndi bu?Sürtülüb üzlər yaman, səndəndi, ya məndəndi bu?Görsənir çox yerdə qan, səndəndi, ya məndəndi bu?
Стихи других поэтов
Nigârâ gamzen ohı uş yüregüme tohınurBaşumda ne ki yazıldı yolumda uş ohınur
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Könlüm istərKönlüm istər bir yol salam,Yenə ellərdən-ellərə.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.