Zaman ötdükcə halaldan da haram gözlənilir,Belə minval ilə bir dambadaram gözlənilir.

Milli Məclisdə sözün qiyməti batman görünür,Elə ki, sözdən əməl doğdu, qram gözlənilir.

Nə qurub erməni NATO-da yenə, yoxdu bilən,Qoşunun sürsə bura, özgə dram gözlənilir.

«Ana» torpağı satıb, budasa torpaq alana,Sarayı xırda gəlir, indi xram gözlənilir.

Tutumun yarpağı səbr ilə ipək olmadı heç,Səbr ilə halva olan, abi-qoram gözlənilir.

Qəzetin qiyməti mindir, sözümün qiyməti heç,Belə söz var ki, yaxınlarda param gözlənilir.

Səni, Pünhan, tutacaqlar, bunu çoxdan bilirəm,«Yazacaqlar» üzünü, üzdə şram gözlənilir.

18 mart 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине