Məni dəryaya qoymurlar
Bu şeyda bülbülü qonsun küli-rənaya qomurlar,Güli-rənanı gülsün bülbülü şeydaya qoymurlar.
Keçiblər malu dövlətdə Süleyman ilə Fironu,Yetim qızlar həyat qursun ona sərmaya qoymurlar.
Cibində daş olanlar xalq adından daşlayar xalqı,Cibində baş olan insanları icraya qoymurlar.
Çəkiblər arxaya min dörd yüz il İslamı cahillər,Durum hərdən töküm bu hirsimi mollaya qoymurlar.
Amerikan, ingilis, iran, türk aldı bu torpağı,Əlim, billah, toxunsun bir dənə əşyaya qoymurlar.
Vətən bağı gözəlləşdi gədalar bağda əyləşdi,Bu sahillər özəlləşdi, məni dəryaya qoymurlar.
O qədri əhli-hal var ki, udub hər dərdi şəkkər tək,Xəcalətdən susurlar, hər şeyi ortaya qoymurlar.
Bu qorxunc dövrdə, Pünhan, məni xəlqin əzabları,Köçüm bu köhnə dünyadan, təzə dünyaya qoymurlar.
4 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-meni-deryaya-qoymurlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.
Çılpaq dizimizdənSeçdiklərimiz fəndlə seçilmiş özümüzdən,Ondandı ki, bivecləri qaçmış gözümüzdən.
Yadımdan çıxıbMillətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.
Müstəqil olmuşlarıqKim nə çalsa çırtma vurmaqçün təbil olmuşlarıq,Sivri dırnaqlar içində müstəqil olmuşlarıq.
Стихи других поэтов · О родине
Üfüqlərdə günəş söndü bir axşam çağıÇox uğursuz bir qaranlıq çökdü dünyaya,
Təraneyi-vətənpərəstanəVətən seylabi-istibdaddən viran olub yeksər,Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!