Qatmısan sən gənə də malı-mala – no...olub ala?Qazıyırsan ayağım altda çala – no...olub ala?

Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,Qoymadın heç mənə bir metrə qala – no...olub ala?

Dövri-zastoyda sən idin, demə, bar-bar bağıran,Bir qoyundan azı beş-altı bala – no...olub ala?

Arvadın orda əsirlikdə qalıb ermənidə,Gətirirsən evinə gündə «Xala» – no...olub ala?

Görmədim bir elə yas, süfrədə ehsan, mey ola,Az qalıb toyda durub zurna çala – no...olub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,Getmisən sən qabağa, mən də dala – no...olub ala?

Gah məni, gah özünü, gah onu tərifləmisən,Vurmusan gahi mıxa, gahi nala – no...olub ala?

Bir kiçik daxma belə tikməyə yoxdur gümanım,Çəkmisən hər yana importnu mala – no...olub ala?

Nə əcəb «Qız qalası»ndan xəbərin yoxdu sənin,Al onu, sal adına, qoyma qala – no...olub ala?

Pünhanın kəs dilini, çək bazara, as divara,Gedəcək yaxşı pula, baxsa mala – no...olub ala?

7 dekabr 1996. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов