Sən gələn gündən ölüb eşşəyi Məmmədhəsənin,Qalmayıb sən demə heç bir şeyi Məmmədhəsənin.

Bu çətin ömrünü eşşəklə sürürmüş yazıq,Deyəsən bitdi ömür sürməyi Məmmədhəsənin.

Deyirəm yengiyə bir tövr ilə sağ çıxsa da o,Məncə səs verməyə qalmaz heyi Məmmədhəsənin.

Millətin beynini dondurmağa mahirmiş urus,Yetmiş ildir ki, açılmır keyi Məmmədhəsənin.

Can gedib, cismini tapşırmağa da torpaq yox,Kimə lazım yox əgər heç nəyi Məmmədhəsənin.

Ahu-fəryadı neyin naləsi mislində idi,Ürəyi partladı, susdu neyi Məmmədhəsənin.

Olacaq yar xuda bizlərə, Pünhan, çaxacaq,Xudayarın başına şimşəyi Məmmədhəsənin.

20 iyul, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви