Bir əsər yazdı fələk qoydu həyat səhnəsinə,Bizi ifaçı yaratdı, onun hər pərdəsinə.

Bilmədim hansı bir ifaya rəva bildi məni,Bir onu bildim ölüm yazdı vida səhfəsinə.

Goreşənlər yedilər hər yeri heç doymadılar,Çatmadı bir bu qədər yer goreşən dəstəsinə.

Atamın baş daşını yer ilə yeksan elədin,Dəyəcək bir gün həmən daş atovun kəlləsinə.

Qoysa göz üstünə kim ölkəsi yox, bölgəsini,Dönəcək bölgəsi bir gün gözünün kölgəsinə.

Sözümü axıracan dərk eləmirsənsə əgər,Onda zəhmət çəkib haqqın səfər et zirvəsinə.

Demişəm Pünhana nə vedrə, nə bel bağlaginən,Oturub ağlaginən, girsən onun vedrəsinə.

20 mart, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов