Döndü zaman tərsinə, it yiyəsin tanımadı,Baxdı fələk qurduğu, layihəsin tanımadı.

Oyna, toyundur toyun, işimiz oyundur oyun,Parka girəndən qoyun, öz pəyəsin tanımadı.

Sildi üzündən üzün, xəlqə tanıtdı özün,Heyf ki, yaltaq düzün, qafiyəsin tanımadı.

Milləti soydu getdi, əl yeri qoydu getdi,Soy adı «soy»du getdi, şaiyəsin tanımadı.

Pünhana bax el kimi, gözdə yaşı sel kimi,Keçdi zaman yel kimi saniyəsin tanımadı.

23 aprel 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине